Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aksizli və məcburi nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir

Aksiz - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb
BAKI, 23 sentyabr — Sputnik. Aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Layihəyə əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onun tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Digər dəyişikliyə əsasən, bu qaydaların tələblərini pozan şəxs Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Eyni zamanda qanuna təklif edilən digər dəyişikliklə Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Aksiz markalarının hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağan olacaq. Bu qaydaların tələblərini pozan şəxs Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, məcburi nişanlama – malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir.
Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq qurum tərəfindən müəyyən edilir.
Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
Məcburi nişanlamanın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
Aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.
Xəbər lenti
0