Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sertifikasiyadan keçən müəllimlərə əlavələr nə vaxt veriləcək? Rəsmi

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Ümumilikdə 8676 nəfər uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
BAKI, 23 sentyabr — Sputnik. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na uyğun olaraq sertifikatlaşdırmadan keçən müəllimlərin əmək haqlarına əlavələr sentyabrın sonunda veriləcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu ilin avqustun 30-da, sentyabrın 1-də və 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib. Prosesdə ümumilikdə 11133 nəfər iştirak edib və onlardan 8766 nəfər keçid balını toplayıb. Müsahibəyə isə 8707 müəllim qatılıb. Onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Sertifikatlaşdırmadan keçən 3086 təhsilverənin vəzifə maaşına 35 faiz əlavə olunacaq, 5590 müəllimin isə 10 faiz əlavə alacaq.
Xatırladaq ki, sertifikatlaşdırmanın birinci mərhələsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunub.
Xəbər lenti
0