https://sputnik.az/20220922/set-getdikce-nufuzlu-bir-teskilata-cevrilmekdedir---kamile-eliyeva-446340455.html
ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir - Kamilə Əliyeva
ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir - Kamilə Əliyeva
Sputnik Azərbaycan
Millət vəkili ŞƏT-in Səmərqənddə keçirilən Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına diqqət çəkib. 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T10:45+0400
2022-09-22T10:45+0400
2022-09-22T10:50+0400
şət
siyasət
sammit
millət vəkili
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424938943_0:0:1000:563_1920x0_80_0_0_d1ceceed14e556ae8c334f00809c2523.jpg
BAKI, 22 sentyabr — Sputnik. "Şanxay Əməkdaşlıq Təşkilatı siyasi və hərbi bir təşkilat olmasa da, iqtisadi sahədə formalaşmış böyük bir platformadır. Rusiya, Çin, Hindistan və Pakistan kimi böyük dövlətlərin üzv olduğu ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir". Bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.O bildirib ki, cari il sentyabrın 15-16-da ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mötəbər qonaq kimi dəvət olunması Azərbaycan dövlətinin dünyada artan nüfuzundan xəbər verir: "Ölkəmiz Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Asiya qitəsində yerləşən dövlətlərin iqtisadi cəhətdən inkişaf etməsində müstəsna rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, xüsusən, iqtisadi cəhətdən də dünyanın ən öndə gedən dövlətlərindən biri olan Çinin, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub marşrutları ilə quru yolla Avropaya çıxışı Azərbaycan ərazisindən keçir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağı istiqamətlərində və dəmir yolu, avtomobil magistrallarında hərəkətin asanlaşdırılması üçün böyük nəqliyyat infrastrukturu yaratmışdır. ŞƏT-ə üzv dövlətlər Azərbaycanın təklif etdiyi nəqliyyat marşrutlarına və ölkə daxilində yaratdığı nəqliyyat qovşağına böyük üstünlük verirlər. Ölkəmiz dəniz yükdaşımaları sahəsində də bütün dünya üçün əhəmiyyətli layihələr həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır".Millət vəkili ŞƏT-in Səmərqənddə keçirilən Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışına diqqət çəkib: "Ölkə başçımız çıxışında Azərbaycanda yaradılmış böyük nəqliyyat infrastrukturunun hazırkı vəziyyətindən, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə böyük töhfə verməsindən, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı hərbi təxribatlar barədə ətraflı məlumat verdi. Bu gün Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Azərbaycanda ən böyük və müasir texnologiyalara malik Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal etmək gücündədir. Son 20 ildə Azərbaycanda 20 min km yaxın avtomobil yolu, 1400 km dəmir yolu xətti çəkilmişdir. İşğaldan azad edilmiş ərazilərdə hal-hazırda da avtomobil və dəmir yollarının çəkilişi davam etdirilir"."Ölkə başçımız çıxışında Ermənistanın sentyabr 13-də Azərbaycana qarşı törətdiyi təxribata da toxundu. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bilməlidirlər ki, regionda baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan rəhbərliyi bütün dünyaya baş vermiş hərbi təxribatın məhz Ermənistan tərəfindən başlanılması barədə sübut və dəlillər təqdim edib. BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin təcili və qeyri-şərtsiz Azərbaycan ərazisindən çıxarılması barədə 4 qətnamə kağız üzərində qalmayıb icra olunsaydı və Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsəydi, bölgədə müharibə baş verməzdi. Azərbaycan dövləti BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin icrasını özü yerinə yetirdi, torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququ da bərpa etdi. Azərbaycan tərəfi Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını nəzərə almaqla 5 bənddən ibarət prinsip təqdim edib. Azərbaycan Ermənistanla bu prinsiplər əsasında sülh sazişinin bağlanması barədə öz fikrini bütün beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırıb. Bu 5 prinsip beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb", - deyə millət vəkili qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424938943_65:0:950:664_1920x0_80_0_0_9e4c64131c1097f86f0a4b95301b86ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şət, sammit, millət vəkili, prezident ilham əliyev
şət, sammit, millət vəkili, prezident ilham əliyev
ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir - Kamilə Əliyeva
10:45 22.09.2022 (Yenilənib: 10:50 22.09.2022) Millət vəkili ŞƏT-in Səmərqənddə keçirilən Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına diqqət çəkib.
BAKI, 22 sentyabr — Sputnik. "Şanxay Əməkdaşlıq Təşkilatı siyasi və hərbi bir təşkilat olmasa da, iqtisadi sahədə formalaşmış böyük bir platformadır. Rusiya, Çin, Hindistan və Pakistan kimi böyük dövlətlərin üzv olduğu ŞƏT getdikcə nüfuzlu bir təşkilata çevrilməkdədir". Bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
O bildirib ki, cari il sentyabrın 15-16-da ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mötəbər qonaq kimi dəvət olunması Azərbaycan dövlətinin dünyada artan nüfuzundan xəbər verir: "Ölkəmiz Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Asiya qitəsində yerləşən dövlətlərin iqtisadi cəhətdən inkişaf etməsində müstəsna rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, xüsusən, iqtisadi cəhətdən də dünyanın ən öndə gedən dövlətlərindən biri olan Çinin, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub marşrutları ilə quru yolla Avropaya çıxışı Azərbaycan ərazisindən keçir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağı istiqamətlərində və dəmir yolu, avtomobil magistrallarında hərəkətin asanlaşdırılması üçün böyük nəqliyyat infrastrukturu yaratmışdır. ŞƏT-ə üzv dövlətlər Azərbaycanın təklif etdiyi nəqliyyat marşrutlarına və ölkə daxilində yaratdığı nəqliyyat qovşağına böyük üstünlük verirlər. Ölkəmiz dəniz yükdaşımaları sahəsində də bütün dünya üçün əhəmiyyətli layihələr həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır".
Millət vəkili ŞƏT-in Səmərqənddə keçirilən Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışına diqqət çəkib: "Ölkə başçımız çıxışında Azərbaycanda yaradılmış böyük nəqliyyat infrastrukturunun hazırkı vəziyyətindən, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə böyük töhfə verməsindən, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı hərbi təxribatlar barədə ətraflı məlumat verdi. Bu gün Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Azərbaycanda ən böyük və müasir texnologiyalara malik Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal etmək gücündədir. Son 20 ildə Azərbaycanda 20 min km yaxın avtomobil yolu, 1400 km dəmir yolu xətti çəkilmişdir. İşğaldan azad edilmiş ərazilərdə hal-hazırda da avtomobil və dəmir yollarının çəkilişi davam etdirilir".
"Ölkə başçımız çıxışında Ermənistanın sentyabr 13-də Azərbaycana qarşı törətdiyi təxribata da toxundu. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bilməlidirlər ki, regionda baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan rəhbərliyi bütün dünyaya baş vermiş hərbi təxribatın məhz Ermənistan tərəfindən başlanılması barədə sübut və dəlillər təqdim edib. BMT TŞ-nin Ermənistan silahlı qüvvələrinin təcili və qeyri-şərtsiz Azərbaycan ərazisindən çıxarılması barədə 4 qətnamə kağız üzərində qalmayıb icra olunsaydı və Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsəydi, bölgədə müharibə baş verməzdi. Azərbaycan dövləti BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin icrasını özü yerinə yetirdi, torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququ da bərpa etdi. Azərbaycan tərəfi Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını nəzərə almaqla 5 bənddən ibarət prinsip təqdim edib. Azərbaycan Ermənistanla bu prinsiplər əsasında sülh sazişinin bağlanması barədə öz fikrini bütün beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırıb. Bu 5 prinsip beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanıb", - deyə millət vəkili qeyd edib.