https://sputnik.az/20220922/rusiya-mudafie-nazirliyi-qismen-seferberlik-zamani-orduya-kimlerin-cagirilacagini-aciqladi-446369794.html
Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik zamanı orduya kimlərin çağırılacağını açıqladı
Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik zamanı orduya kimlərin çağırılacağını açıqladı
Sputnik Azərbaycan
Qismən səfərbərlik çərçivəsində orduya atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər, sürücü-mexaniklər çağırılacaq. 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T20:10+0400
2022-09-22T20:10+0400
2022-09-22T20:21+0400
rusiya
səfərbərlik
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_0:0:3239:1822_1920x0_80_0_0_68f615049c999cfd12351a2997cd6ca6.jpg
BAKI, 22 sentyabr - Sputnik. Rusiya Federasiyası Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan vətəndaş kateqoriyalarını açıqlayıb.Qismən səfərbərlik çərçivəsində orduya atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər, sürücü-mexaniklər çağırılacaq."Rusiya qanunvericiliyinə uyğun olaraq sıravi əsgərlər və çavuşlar - 35 yaşa qədər, kiçik zabitlər - 50 yaşa qədər, böyük zabitlər - 55 yaşa qədər səfərbərliyə məruz qalırlar. Çağırılan vətəndaşların sayı ştat ehtiyacı ilə müəyyən edilir. Qismən səfərbərlik çərçivəsində ehtiyatdan çağırış zamanı əsas amil döyüş təcrübəsinin olmasıdır", - deyə Rusiya MN-dən bildiribO da qeyd olunub ki, qismən səfərbərliyin ilk günündə 10 minə yaxın vətəndaş hərbi komissarlıqlara özü gəlib.Rusiya MN xaricdə daimi yaşayan və hərbi qeydiyyatda olmayan rusiyalıların səfərbər edilməyəcəyini də açıqlayıb.“Qadınlar tibb işçilərinin vəzifələrini tuta bilər, lakin belə mütəxəssislərə ehtiyac minimaldır. Qismən səfərbərliyə çağırılan Rusiya Federasiyası vətəndaşları müqaviləli əsgər statusu alacaqlar", deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.Qismən səfərbərlikSentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub.Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib."Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir."️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
https://sputnik.az/20220921/qismen-seferberlik-haqqinda-ferman-veteni-qorumagin-yegane-yoludur---slutski--446311350.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_205:0:2934:2047_1920x0_80_0_0_81c6fc9871494ad17d29981f0761d377.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfərbərlik, putin, rusiya prezidenti vladimir putin
səfərbərlik, putin, rusiya prezidenti vladimir putin
Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik zamanı orduya kimlərin çağırılacağını açıqladı
20:10 22.09.2022 (Yenilənib: 20:21 22.09.2022) Qismən səfərbərlik çərçivəsində orduya atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər, sürücü-mexaniklər çağırılacaq.
BAKI, 22 sentyabr - Sputnik. Rusiya Federasiyası Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan vətəndaş kateqoriyalarını açıqlayıb.
Qismən səfərbərlik çərçivəsində orduya atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər, sürücü-mexaniklər çağırılacaq.
"Rusiya qanunvericiliyinə uyğun olaraq sıravi əsgərlər və çavuşlar - 35 yaşa qədər, kiçik zabitlər - 50 yaşa qədər, böyük zabitlər - 55 yaşa qədər səfərbərliyə məruz qalırlar. Çağırılan vətəndaşların sayı ştat ehtiyacı ilə müəyyən edilir. Qismən səfərbərlik çərçivəsində ehtiyatdan çağırış zamanı əsas amil döyüş təcrübəsinin olmasıdır", - deyə Rusiya MN-dən bildirib
O da qeyd olunub ki, qismən səfərbərliyin ilk günündə 10 minə yaxın vətəndaş hərbi komissarlıqlara özü gəlib.
Rusiya MN xaricdə daimi yaşayan və hərbi qeydiyyatda olmayan rusiyalıların səfərbər edilməyəcəyini də açıqlayıb.
“Qadınlar tibb işçilərinin vəzifələrini tuta bilər, lakin belə mütəxəssislərə ehtiyac minimaldır. Qismən səfərbərliyə çağırılan Rusiya Federasiyası vətəndaşları müqaviləli əsgər statusu alacaqlar", deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub.
Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib.
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.