https://sputnik.az/20220921/qismen-seferberlik-haqqinda-ferman-veteni-qorumagin-yegane-yoludur---slutski--446311350.html
Qismən səfərbərlik haqqında fərman "Vətəni qorumağın" yeganə yoludur - Slutski
Qismən səfərbərlik haqqında fərman "Vətəni qorumağın" yeganə yoludur - Slutski
Sputnik Azərbaycan
Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Leonid Slutski Putinin qismən səfərbərlik haqqında fərmanını şərh edib. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T14:26+0400
2022-09-21T14:26+0400
2022-09-21T14:26+0400
səfərbərlik
rusiya
putin
rusiya prezidenti vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
slutski
rusiyanın baş məşqçisi leonid slutski
leonid slutski
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/440998318_0:0:3072:1728_1920x0_80_0_0_6dfda27a1b8e08b349a3680b0b032adb.jpg
BAKI, 21 sentyabr — Sputnik. Rusiyada qismən səfərbərliyin elan edilməsi və Rusiyanın tərkibinə daxil olmaq məsələsi ilə bağlı Donbasda referendumların keçirilməsi Vətənin qorunması üçün yeganə doğru yoldur. Bu sözləri Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Leonid Slutski çərşənbə günü "Telegram" kanalında yazıb.""LXR" və "DXR"-də, eləcə də Xerson və Zaporojye vilayətlərinin azad edilmiş ərazilərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumların keçirilməsi, sonrakı bütün addımlar (onların necə olacağına heç bir şübhəmiz yoxdur), qismən səfərbərlik haqqında fərman - ümumi Vətənimizi qorumağın yoludur. O təkdir və indi o, yeganə doğrudur", - deyə deputat bildirib.Qeyd edək ki, bu gün Rusiyada qismən səfərbərlik elan olunub.Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib."Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir."️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/440998318_341:0:3072:2048_1920x0_80_0_0_5fc99865fc861ee5fdeeb601071cab54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfərbərlik, putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin, slutski, rusiyanın baş məşqçisi leonid slutski, leonid slutski
səfərbərlik, putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin, slutski, rusiyanın baş məşqçisi leonid slutski, leonid slutski
Qismən səfərbərlik haqqında fərman "Vətəni qorumağın" yeganə yoludur - Slutski
Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Leonid Slutski Putinin qismən səfərbərlik haqqında fərmanını şərh edib.
BAKI, 21 sentyabr — Sputnik. Rusiyada qismən səfərbərliyin elan edilməsi və Rusiyanın tərkibinə daxil olmaq məsələsi ilə bağlı Donbasda referendumların keçirilməsi Vətənin qorunması üçün yeganə doğru yoldur.
Bu sözləri Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Leonid Slutski çərşənbə günü "Telegram" kanalında yazıb.
""LXR" və "DXR"-də, eləcə də Xerson və Zaporojye vilayətlərinin azad edilmiş ərazilərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumların keçirilməsi, sonrakı bütün addımlar (onların necə olacağına heç bir şübhəmiz yoxdur), qismən səfərbərlik haqqında fərman - ümumi Vətənimizi qorumağın yoludur. O təkdir və indi o, yeganə doğrudur", - deyə deputat bildirib.
Qeyd edək ki, bu gün Rusiyada qismən səfərbərlik elan olunub.
Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib.
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.