Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Rus bölmələrində yenilik - bir fənn ana dilində tədris olunacaq

© Sputnik / Murad OrujovMəktəbdə dərs prosesi
Məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Nazirlik bildirir ki, cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində Azərbaycan tarixi fənninin bundan sonra dövlət dilində tədris olunacağı ilə bağlı məlumatlar yayılıb. Artıq bununla bağlı bəzi məktəblərə tapşırıq verilib. Paytaxtda Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə rus bölməsinin 5-ci siniflərində bu prosesə başlanıldığı bildirilir.
Şagirdlərə sözügedən fənnin dərslikləri rus dilində paylansa da, sonradan onların dəyişdirilərək Azərbaycan dilində kitablarla əvəzlənəcəyi bildirilib.
Bəs görəsən rusdili məktəblərdə Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədrisi çətinlik yaratmayacaq ki?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta ümumtəhsil məktəblərində fərqli dillərdə təhsil alan şagirdlərə Azərbaycan tarixinin ana dilində tədrisi problem yaratmayacaq.
© Sputnik / Irade JELILУчебники по азербайджанскому языку
Учебники по азербайджанскому языку  - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Учебники по азербайджанскому языку

"Çünki, rus dilli məktəblərdə təhsil alan şagirdlərə ana dili tədris olunur. Onlar həftədə üç dəfə ana dili dərsi keçirlər. Nəzərə almaq lazımdır ki, rus bölməsində təhsil alan abituriyentlər ali məktəblərə qəbul imtahanında iştirak edir. Onlar arasında elələri var ki, rus dilində sadə suallara cavab yaza bilmirlər. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan tarixi fənni yalnız 5-ci siniflərdə ana dilində tədris olunacaq", - deyə K.Əsədov bildirib.

Ekspert onu da deyib ki, yuxarı sinflərdə bu fənn rus dilində aparılır:
"Aşağı sinifdən uşaqlar ana dilində dinləmə, yazma vərdişlərinə yiyələnməlidirlər ki, yuxarı siniflərdə bu problemlə üzləşməsinlər. Bu onlara buraxılış və qəbul imtahanlarında kömək edəcək. Onu da nəzərə alaq ki, burada ciddi akademik biliklərdən söhbət getmir. Bu onların təhsil almaq hüququnun məhdudlaşdırılması kimi də başa düşülməməlidir. Onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan dili qədər Azərbaycan tarixi haqqında da dövlət dilində fikir ifadə etmək bacarıqlarına yiyələnməlidirlər. Onlar yuxarı siniflərdə yenidən rus dilində Azərbaycan tarixini öyrənə biləcəklər".
© Sputnik / Murad OrujovTəhsil üzrə ekspert Kamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Təhsil üzrə ekspert Kamran Əsədov
K.Əsədovun sözlərinə görə, V sinifdə Azərbaycan tarixi faktlar üzərində yox, nağıl kimi ümumi informasiya xarakterlidir:

"Bu da onların Azərbaycan dilində yazma, oxuma, fikir ifadə etmə bacarığını formalaşdırmaq məqsədi daşıyır. Çünki, yalnız Azərbaycan dilinin tədrisi ilə buna nail olmaq çətindir. Bu gün 400-500 bal toplayan abituriyentlər var ki, Azərbaycan dilindən imtahan verə bilmədiklərindən, tələbə adını qazana bilmirlər", - deyə eksspert vurğulayıb.

Professor Şahlar Əsgərov isə deyir ki, rus dili bölmələrində Azərbaycan tarixinin ana dilində tədrisi elə ciddi bir problem deyil. Amma bu məsələdə bir qədər dolaşıqlıq var:

"Çox yaxşı olardı ki, Azərbaycan tarixi ana dilində tədris olunursa, bu bir sinifdə tətbiq olunmasın. Şagirdlər V sinifdə tarixi ana dilində, yuxarı siniflərdə isə rus dilində öyrənməli olacaqlar. Bu da bir az qarışıqlıq yaradır. Ya bu axıra qədər ana dilində tədirs olunmalıdır, yaxud da rus dilində. Qərar veriləndə bu məqam da nəzərə alınmalı idi".

İki övladı rus bölməsində təhsil alan valideyn Mehriban Bünyadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən hal şagirdlər üçün çətinlik yaradacaq:
"Düşünürəm ki, bu, müəyyən qədər çətinlik yaradacaq. Çünki, uşaqlarım digər fənləri rus dilində öyrənir. Ancaq tarix dərsini ana dilində öyrənmək rus dili bölməsində təhsil alan şagirdlər üçün çətin olacaq. Bu həm də onların Azərbaycan tarixi barədə bilik əldə etməsində də problem yaradacaq".
20 nömrəli Məktəb-lisey Kompleksinin rus bölməsi üzrə direktor müavini Yasəmən Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, haqqında danışılan qərar tarix müəllimləri tərəfindən yaxşı qarşılanıb:
"Biz düşünürük ki, sırf Azərbaycan tarixini şagirdlər ana dilində öyrənməlidirlər. Bu, şagirdlərin ana dilimizi öyrənməsinə də kömək edəcək. Düzdür, dörd il rus dilində təhsil almış şagirdlərə müəyyən qədər çətin olacaq. Amma nəzərə alaq ki, bu yenilik VIII-IX siniflərdən yox, V sinifdən tətbiq olunur. Tarix fənninin tədrisinə isə V sinifdən başlanılır. Buna şagirdlər tədricən alışacaqlar. Nəticədə Azərbaycan dilində daha yaxşı fikirlərini ifadə edəcəklər".
Həmsöhbətimiz bildirib ki, V sinifdən Azərbaycan tarixini rus dilində öyrənən şagirdlər yuxarı siniflərdə bu fənni ana dilində öyrənəcəklər. Bu yenilik V sinifdən ona görə tətbiq edilir ki, həmin siniflər yuxarı siniflərdə Azərbaycan tarixini ana dilində öyrənməkdə çətinlik çəkməsinlər.
Elm və Təhsil Nazirliyindən isə məsələ ilə bağlı bildirildi ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək:
"Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır. Cari ildə 20 məktəbdə pilotun nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək".
Qeyd edək ki, bu tədris ilindək məktəblərin rus bölmələrində Azərbaycan tarixi fənni rus dilində tədris edilirdi.
Xəbər lenti
0