https://sputnik.az/20220922/resmi-cin-pekin-ukrayna-bohrani-ile-bagli-dialoqa-komek-edecek-446344644.html
Rəsmi Çin: Pekin Ukrayna böhranı ilə bağlı dialoqa kömək edəcək
Rəsmi Çin: Pekin Ukrayna böhranı ilə bağlı dialoqa kömək edəcək
Sputnik Azərbaycan
Çin hökuməti hesab edir ki, Ukraynadakı münaqişə gec-tez danışıqlar yolu ilə bitməlidir 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T14:47+0400
2022-09-22T14:47+0400
2022-09-22T14:47+0400
çin
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41019/39/410193908_0:0:3062:1722_1920x0_80_0_0_d1c051c674309cdfb662bf90f4e820b6.jpg
BAKI, 22 sentyabr — Sputnik. Çin Ukrayna böhranı ilə bağlı "obyektiv və ədalətli" mövqedən çıxış etməyə davam edəcək. Bu sözləri Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib."Van İ vurğulayıb ki, Çin bundan sonra da obyektiv və ədalətli mövqeyə sadiq qalacaq, sülhə və danışıqlara kömək edəcək", - deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.Çin Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna münaqişəsinin bütün tərəflərinin diplomatik dialoqdan imtina etməyəcəklərinə və təhlükəsizlik problemlərinin sülh danışıqları yolu ilə həllində israrlı olacaqlarlarına ümid etdiyini bildirib.Bu yaxınlarda Çin hakimiyyəti açıqlayıb ki, ÇXR-in ali siyasi rəhbərliyinin fikrincə, Ukraynadakı böhran qeyri-hərbi üsullarla həll edilməli və münaqişənin bütün tərəfləri ən qısa zamanda atəşi dayandırmalıdır.Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi xüsusilə vurğulayıb ki, digər ölkələrin böhranın həllinə müdaxiləsi Ukraynadakı münaqişənin bu və ya digər tərəfinə hərbi yardım şəklində ifadə edilməməli, müstəsna olaraq diplomatik xarakter daşımalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41019/39/410193908_230:0:2993:2072_1920x0_80_0_0_ff70230e9168753e7090fae3005fcef2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin
Rəsmi Çin: Pekin Ukrayna böhranı ilə bağlı dialoqa kömək edəcək
Çin hökuməti hesab edir ki, Ukraynadakı münaqişə gec-tez danışıqlar yolu ilə bitməlidir
BAKI, 22 sentyabr — Sputnik. Çin Ukrayna böhranı ilə bağlı "obyektiv və ədalətli" mövqedən çıxış etməyə davam edəcək. Bu sözləri Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Van İ vurğulayıb ki, Çin bundan sonra da obyektiv və ədalətli mövqeyə sadiq qalacaq, sülhə və danışıqlara kömək edəcək", - deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Çin Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna münaqişəsinin bütün tərəflərinin diplomatik dialoqdan imtina etməyəcəklərinə və təhlükəsizlik problemlərinin sülh danışıqları yolu ilə həllində israrlı olacaqlarlarına ümid etdiyini bildirib.
Bu yaxınlarda Çin hakimiyyəti açıqlayıb ki, ÇXR-in ali siyasi rəhbərliyinin fikrincə, Ukraynadakı böhran qeyri-hərbi üsullarla həll edilməli və münaqişənin bütün tərəfləri ən qısa zamanda atəşi dayandırmalıdır.
Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi xüsusilə vurğulayıb ki, digər ölkələrin böhranın həllinə müdaxiləsi Ukraynadakı münaqişənin bu və ya digər tərəfinə hərbi yardım şəklində ifadə edilməməli, müstəsna olaraq diplomatik xarakter daşımalıdır.