https://sputnik.az/20220922/polis-azerbaycanin-fransadaki-sefirliyinin-binasini-tam-sekilde-qoruyur-446361518.html
Polis Azərbaycanın Fransadakı səfirliyinin binasını tam şəkildə qoruyur - səfir
Polis Azərbaycanın Fransadakı səfirliyinin binasını tam şəkildə qoruyur - səfir
Sputnik Azərbaycan
Baş Prokurorla səfir arasında Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı... 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T17:32+0400
2022-09-22T17:32+0400
2022-09-22T17:33+0400
polis
siyasət
fransa
xələf xələfov
baş prokuror
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446202702_0:20:1001:583_1920x0_80_0_0_86019f3e30b1625fe63bca172589c00b.jpg
BAKI, 22 sentyabr — Sputnik. Bu gün Baş prokuror Kamran Əliyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə, ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri haqda səfiri məlumatlandırıb.Səmimi qəbula görə minnətdarlığını bildirən səfir, Azərbaycanda fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə, müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib. Fransanın Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb.Z.Qros ölkəmizin prokurorluq orqanlarında aparılan köklü islahatları yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan prokurorluğunun əməkdaşlarının Fransanın Dövlət Qulluğu üzrə Milli İnstitutu (keçmiş ENA) və Milli Magistratlar Məktəbində (ENM) təcrübə keçmələri üçün geniş imkanlar olduğunu bildirib.Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub. Səfir Qros baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib. Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur.Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Fransaya nota verib. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/12/446202702_98:0:901:602_1920x0_80_0_0_aa14c891cbf312dd14632372e628068a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis, fransa, xələf xələfov, baş prokuror
polis, fransa, xələf xələfov, baş prokuror
Polis Azərbaycanın Fransadakı səfirliyinin binasını tam şəkildə qoruyur - səfir
17:32 22.09.2022 (Yenilənib: 17:33 22.09.2022) Baş Prokurorla səfir arasında Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb.
BAKI, 22 sentyabr — Sputnik. Bu gün Baş prokuror Kamran Əliyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Zakari Qrosa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə, ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş prokuror ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri haqda səfiri məlumatlandırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir, Azərbaycanda fəaliyyətini məmnunluqla bildirərək Fransanın Azərbaycanla əlaqələrinə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə, müvəffəqiyyətlə inkişaf etdiyini, eləcə də iki ölkə arasında iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunaraq ikitərəfli məsələlərin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.
Fransanın Qarabağda minatəmizləmə fəaliyyətində iştirak etdiyini bildirən səfir, ölkəsinin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlı olduqlarını vurğulayıb.
Z.Qros ölkəmizin prokurorluq orqanlarında aparılan köklü islahatları yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan prokurorluğunun əməkdaşlarının Fransanın Dövlət Qulluğu üzrə Milli İnstitutu (keçmiş ENA) və Milli Magistratlar Məktəbində (ENM) təcrübə keçmələri üçün geniş imkanlar olduğunu bildirib.
Daha sonra sentyabrın 18-də Azərbaycanın Parisdəki səfirliyinin inzibati binasına etnik ermənilərdən ibarət radikal qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunaraq bu barədə müvafiq razılıq əldə olunub.
Səfir Qros baş verən hadisənin təəssüf doğurduğunu bildirərək Fransa tərəfindən hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağını qeyd edib. Həmçinin bildirilib ki, ölkəmizin Parisdəki diplomatik nümayəndəliklərinin inzibati binaları hazırda tam şəkildə polis tərəfindən qorunur.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Fransaya nota verib. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Görüşdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.