NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşıb

© Sputnik / © Sputnik / Elvin AhmadNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Dünən ucuzlaşan neft qiymətləri bu gün nisbətən yüksəlib. Neft bazarı dünyanın ən böyük neft hasilatçılarından biri olan Rusiyada qismən səfərbərlik elan edilməsini diqqətdə saxlayır
BAKI, 22 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,54 dollar artaraq 90,37 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,49 dollar bahalaşaraq 83,43 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,13 dollar azalaraq 92,6 dollar olub.
Dünən ucuzlaşan neft qiymətləri bu gün nisbətən yüksəlib. Neft bazarı dünyanın ən böyük neft hasilatçılarından biri olan Rusiyada qismən səfərbərlik elan edilməsini diqqətdə saxlayır.
Xatırladaq ki, neft bu ayın əvvəlində yanvar ayından bəri ən aşağı həddə düşüb. Səbəb qlobal iqtisadi yavaşlama, daha sərt pul siyasəti və tələbatın aşağı olması narahatlıqlarıdır.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xəbər lenti
0