Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Rusiyada bir milyon adamın hərbi xidmətə çağırılacağı barədə xəbərləri şərh edib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива
Фонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiyadan 1 milyon insanın hərbi xidmətə çağırılacağı barədə iddiaların heç bir əsası yoxdur.
BAKI, 22 sentyabr - Sputnik. Rusiyada 1 milyon insanın qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılacağı barədə dolaşan xəbərlər yalandır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov mediada yayılan şayiələri təkzib edərkən deyib.
"Rusiyadan 1 milyon insanın hərbi xidmətə çağırılacağı barədə iddiaların heç bir əsası yoxdur" - Peskov deyib.
Xatırladaq ki, “Novaya qazeta. Avropa” nəşri RF-da qismən hərbi səfərbərlik haqqında qərarın qapalı 7-ci bəndində Rusiyadan 1 milyon insanın hərbi xidmətə çağırılacağını iddia edib.
Dmitri Peskov qismən səfərbərlik qərarını şərh edərkən deyib:
"Rusiya de-fakto NATO ilə qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub".
Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı xüsusi əməliyyatın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.
Peskov onu da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.
Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.
Qismən səfərbərlik
Dövlət başçısı sentyabrın 21-də Rusiyada qismən səfərbərliyə başladığını elan edib.
"Mən regionların rəhbərlərinə komissarlıqların işinə bütün lazımi köməklik göstərməyi tapşırıram", - Putin bildirib.
O qeyd edib ki, artıq müvafiq fərman imzalanıb.
"Qanuna uyğun olaraq, bu gün Federal Məclisin palatası, Federasiya Şurası və Dövlət Duması bu barədə rəsmi məktublarla məlumatlandırılacaq", - Rusiya lideri bildirib.
Putin həmçinin Rusiya Federasiyası hökumətinə və Müdafiə Nazirliyinə Donbas könüllülərinin və silahlılarının hüquqi statusunu mümkün qədər tez müəyyən etməyi tapşırıb: "Bu, Rusiyanın adi hərbi qulluqçuları ilə eyni olmalıdır, o cümlədən maddi, tibbi və sosial təminatlar bura daxildir".
Dövlət başçısı əlavə edib ki, qismən səfərbərlik haqqında sərəncamda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulub.
O, Donbasın könüllüləri və silahlı birləşmələrinin texnika və avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edib. Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib ki, xalqın iradəsini azad ifadə etməsi və referendumların keçirilməsi üçün təhlükəsiz şəraitin təmin edilməsi ilə bağlı hər şey ediləcək.
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 22.09.2022
RUSİYA
Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik zamanı orduya kimlərin çağırılacağını açıqladı
Xəbər lenti
0