https://sputnik.az/20220922/hadrutda-socar-brendli-yeni-yanacaqdoldurma-menteqesi-istifadeye-verilib-446315774.html
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Sputnik Azərbaycan
"Zəfər yolu"nun Şuşa istiqamətində daha bir modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T07:38+0400
2022-09-22T07:38+0400
2022-09-22T07:38+0400
socar
azərbaycan xəbərləri
hadrut
yol
şuşa
ağdam
zəfər yolu
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446315249_0:63:1200:738_1920x0_80_0_0_ecfa20371604e10307923fd464dec932.jpg
BAKI, 22 sentyabr — Sputnik. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Bu xüsusda, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində "SOCAR" brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib."SOCAR PETROLEUM" QSC-dən bildirilib ki, bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də "Aİ-92" markalı benzin və "Dizel" yanacağının satışı həyata keçiriləcək.Bundan əlavə, "Zəfər yolu"nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur."SOCAR PETROLEUM" QSC daha əvvəl də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, "SOCAR PETROLEUM" QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb.Qeyd edək ki, hazırda ölkə ərazisində "SOCAR" brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan "SOCAR PETROLEUM" QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir."SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı mövcuddur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446315249_67:0:1134:800_1920x0_80_0_0_ff5cc98120b905dce3a8546e5039a82a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
socar, hadrut, yol, şuşa, ağdam, zəfər yolu
socar, hadrut, yol, şuşa, ağdam, zəfər yolu
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
"Zəfər yolu"nun Şuşa istiqamətində daha bir modul tipli yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
BAKI, 22 sentyabr — Sputnik. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Bu xüsusda, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində "SOCAR" brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
"SOCAR PETROLEUM" QSC-dən bildirilib ki, bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də "Aİ-92" markalı benzin və "Dizel" yanacağının satışı həyata keçiriləcək.
Bundan əlavə, "Zəfər yolu"nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur.
"SOCAR PETROLEUM" QSC daha əvvəl də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, "SOCAR PETROLEUM" QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb.
Qeyd edək ki, hazırda ölkə ərazisində "SOCAR" brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan "SOCAR PETROLEUM" QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir.
"SOCAR" brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı mövcuddur.