SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan və Paşinyan Praqada görüşə bilərlər

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib ki, Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir.
BAKI, 22 sentyabr - Sputnik. Rəsmi İrəvan baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyini istisna etmir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.
“Praqada keçirilən tədbir zamanı Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir. Eyni zamanda, hazırda belə bir görüş təsdiqlənməyib”, - Hunanyan deyib (APA).
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada görüşə biləcəyini deyib.
O, hazırda bəzi hazırlıqların getdiyini açıqlayıb: “Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Paşinyanın (Ermənistanın Baş naziri) ora gəlmək niyyəti var. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək”.
Bundan əlavə, Ərdoğan ölkəsinin Cənubi Qafqazda bu məsələlərlə bağlı müəyyən addımlarının olacağını da qeyd edib: “Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız Prezident İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”.
Xəbər lenti
0