https://sputnik.az/20220922/elli-min-manatdan-yuxari-qanunsuz-pul-kocurenler-cinayet-mesuliyyetine-celb-olunacaq-446343867.html
Əlli min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq
Əlli min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq
Sputnik Azərbaycan
Dəyişikliklərə əsasən 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil edən fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T19:20+0400
2022-09-22T19:20+0400
2022-09-22T19:20+0400
manat
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilir.Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil edən fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.Qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusi külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsini xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1 maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub( APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat
Əlli min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq
Dəyişikliklərə əsasən 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil edən fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil edən fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusi külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsini xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1 maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub( APA).