https://sputnik.az/20220922/cavansir-quliyev-19-ilden-sonra-azerbaycana-kocub-446344930.html
Cavanşir Quliyev 19 ildən sonra Azərbaycana köçüb
Cavanşir Quliyev 19 ildən sonra Azərbaycana köçüb
Sputnik Azərbaycan
19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək... 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T13:08+0400
2022-09-22T13:08+0400
2022-09-22T13:08+0400
bəstəkar
mədəniyyət
cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426591980_0:0:2049:1153_1920x0_80_0_0_9deca69a040e106132645d9bbf25ca7e.jpg
BAKI, 20 sentyabr — Sputnik. Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən bəstəkar bildirib ki, o, həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib:19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bildirir ki, yaşadığı ölkədə yaradıcılıq imkanlarını nümayiş etdirmək üçün heç bir şərait yoxdur: "Orada nə orkestr, nə də teatr var. Bir sözlə, yaradıcı mühit yoxdur. Bu illər ərzində xeyli əsərlər yazdım, amma onları nümayiş etdirmək üçün heç bir şərait yoxdur. Zaman keçir, yaş gedir, gərək yazdığım irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq lazımdır".Sənətkarın verdiyi məlumata görə, oktyabrın 14-də Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək. Musiqili gecədə ilk dəfə olaraq Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək. Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək: "Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq".Qeyd edək ki, C.Quliyev son vaxtlar ölkəyə qayıdan ilk nüfuzlu diaspor nümayəndəsi deyil. Bundan əvvəl də xaricdə yaşayan dəyərli ziyalılarımızdan bir neçəsi birdəfəlik Vətənə geri dönüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426591980_41:0:1854:1360_1920x0_80_0_0_314a42f4618563a769f4c866985503be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəstəkar, cavanşir
Cavanşir Quliyev 19 ildən sonra Azərbaycana köçüb
19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib
BAKI, 20 sentyabr — Sputnik. Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən bəstəkar bildirib ki, o, həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib:
19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bildirir ki, yaşadığı ölkədə yaradıcılıq imkanlarını nümayiş etdirmək üçün heç bir şərait yoxdur: "Orada nə orkestr, nə də teatr var. Bir sözlə, yaradıcı mühit yoxdur. Bu illər ərzində xeyli əsərlər yazdım, amma onları nümayiş etdirmək üçün heç bir şərait yoxdur. Zaman keçir, yaş gedir, gərək yazdığım irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq lazımdır".
Sənətkarın verdiyi məlumata görə, oktyabrın 14-də Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək. Musiqili gecədə ilk dəfə olaraq Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək. Oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək: "Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq".
Qeyd edək ki, C.Quliyev son vaxtlar ölkəyə qayıdan ilk nüfuzlu diaspor nümayəndəsi deyil. Bundan əvvəl də xaricdə yaşayan dəyərli ziyalılarımızdan bir neçəsi birdəfəlik Vətənə geri dönüb.