https://sputnik.az/20220922/bizim-yanasmamiz-yuksek-qiymetlendirilib---ceyhun-bayramov-446352306.html
Bizim yanaşmamız yüksək qiymətləndirilib - Ceyhun Bayramov
Bizim yanaşmamız yüksək qiymətləndirilib - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Xarici işlər naziri Ermənistanın konstruktiv olaraq sülh gündəliyinə yönəlməsinin vacibliyini vurğulayıb 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T15:11+0400
2022-09-22T15:11+0400
2022-09-22T15:12+0400
ceyhun bayramov
siyasət
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296517_0:0:3072:1728_1920x0_80_0_0_0554224382c60995a323b740889ab6f4.jpg
BAKI, 22 sentyabr — Sputnik. Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov REAL TV-yə açıqlamasında bildirib.O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.“Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olsun”, - XİN başçısı vurğulayıb.O qeyd edib ki, belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir: "Bunu başqa cür adlandırmaq çətindir”.Nazir qeyd edir ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir.Bundan başqa, C.Bayramov həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisinin olduğunu vurğulayıb: “Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”.C.Bayramov Ermənistanın konstruktiv olaraq sülh gündəliyinə yönəlməsinin vacibliyini vurğulayıb: "Ermənistanın dediyi sözlə əməli arasında fərq var. Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı".Nazir Azərbaycan səfirliklərinin mühafizəsini təmin etməyən ölkələri tənqid edibNazir həmçinin sfirliklərin mühafizəsi məsələsinə toxunub: “Onun (Azərbaycandakı “səfirliklərin yüksək standartlarla mühafizəsi” – red.) təşkil edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz bir nümunəsidir”.O xatırladıb ki, BMT-yə üzv olan bütün dövlətlər Vyana Konvensiyasının üzvüdür. Nazir bildirib ki, Konvensiyaya əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri hər bir qəbul edən dövlətin diplomatik missiyanın və diplomatların təhlükəsizliyini yüz faiz təmin etməsindən ibarətdir.“Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”, - XİN başçısı vurğulayıb.C.Bayramov söyləyib ki, eyni zamanda, artıq hansısa vandallıq, terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir: “Bu mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanırıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu nəzarətimizdə saxlanılacaq”.Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296517_216:0:2947:2048_1920x0_80_0_0_15618339a33486181763445ca304b72c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, abş
Bizim yanaşmamız yüksək qiymətləndirilib - Ceyhun Bayramov
15:11 22.09.2022 (Yenilənib: 15:12 22.09.2022) Xarici işlər naziri Ermənistanın konstruktiv olaraq sülh gündəliyinə yönəlməsinin vacibliyini vurğulayıb
BAKI, 22 sentyabr — Sputnik. Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov REAL TV-yə açıqlamasında bildirib.
O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.
“Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olsun”, - XİN başçısı vurğulayıb.
O qeyd edib ki, belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir: "Bunu başqa cür adlandırmaq çətindir”.
Nazir qeyd edir ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir.
Bundan başqa, C.Bayramov həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisinin olduğunu vurğulayıb: “Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”.
C.Bayramov Ermənistanın konstruktiv olaraq sülh gündəliyinə yönəlməsinin vacibliyini vurğulayıb: "Ermənistanın dediyi sözlə əməli arasında fərq var. Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı".
Nazir Azərbaycan səfirliklərinin mühafizəsini təmin etməyən ölkələri tənqid edib
Nazir həmçinin sfirliklərin mühafizəsi məsələsinə toxunub: “Onun (Azərbaycandakı “səfirliklərin yüksək standartlarla mühafizəsi” – red.) təşkil edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz bir nümunəsidir”.
O xatırladıb ki, BMT-yə üzv olan bütün dövlətlər Vyana Konvensiyasının üzvüdür. Nazir bildirib ki, Konvensiyaya əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri hər bir qəbul edən dövlətin diplomatik missiyanın və diplomatların təhlükəsizliyini yüz faiz təmin etməsindən ibarətdir.
“Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”, - XİN başçısı vurğulayıb.
C.Bayramov söyləyib ki, eyni zamanda, artıq hansısa vandallıq, terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir: “Bu mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanırıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu nəzarətimizdə saxlanılacaq”.
Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.