https://sputnik.az/20220922/azerbaycan-beynelxalq-edalet-mehkemesine-ermenistanla-bagli-mektub-gonderib-446366891.html
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib
Sputnik Azərbaycan
Azərbaycan XİN ümid edir ki, Beynəlxalq Ədalət Məhkəməsi məhkəmənin qərarını pozduğuna görə Ermənistanla bağlı müvafiq qərar qəbul edəcək. 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T18:45+0400
2022-09-22T18:45+0400
2022-09-22T18:45+0400
siyasət
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/42231/97/422319718_0:134:1920:1214_1920x0_80_0_0_0c76052015860400de7c5f8b1fd6cc6a.jpg
BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.“Bura Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq səyləri daxildir. Sübutlar göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, - nazir müavini vurğulayıb.Elnur Məmmədov APA-ya deyib ki, üçtərəfli bəyanatın imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat olmayıb. Oraya minaların yerləşdirilməsinin məcburi köçkünlərin geri qayıdışının qarşısını almaqdan başqa heç bir məqsədi yoxdur:2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib. Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi məhkəmənin qərarını pozduğuna görə Ermənistanla bağlı müvafiq qərar qəbul edəcək.”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/97/422319718_0:0:1920:1440_1920x0_80_0_0_556c1ce053964d7a3aa7cc153ff75fdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan xin
ermənistan, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan xin
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib
Azərbaycan XİN ümid edir ki, Beynəlxalq Ədalət Məhkəməsi məhkəmənin qərarını pozduğuna görə Ermənistanla bağlı müvafiq qərar qəbul edəcək.
BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.
Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.
“Bura Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq səyləri daxildir. Sübutlar göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, - nazir müavini vurğulayıb.
Elnur Məmmədov APA-ya deyib ki, üçtərəfli bəyanatın imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat olmayıb. Oraya minaların yerləşdirilməsinin məcburi köçkünlərin geri qayıdışının qarşısını almaqdan başqa heç bir məqsədi yoxdur:
2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib. Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi məhkəmənin qərarını pozduğuna görə Ermənistanla bağlı müvafiq qərar qəbul edəcək.”