https://sputnik.az/20220921/yaxin-zamanda-informasiya-tehlukesizliyi-uzre-strategiya-tesdiqlenecek-446323556.html
Yaxın zamanda informasiya təhlükəsizliyi üzrə strategiya təsdiqlənəcək
Yaxın zamanda informasiya təhlükəsizliyi üzrə strategiya təsdiqlənəcək
Sputnik Azərbaycan
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi informasiya təhlükəsizliyi üzrə strategiyadan danışıb. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T23:17+0400
2022-09-21T23:17+0400
2022-09-21T23:17+0400
informasiya
cəmiyyət
kibertəhlükəsizlik
strategiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41706/31/417063172_0:112:1921:1192_1920x0_80_0_0_7f49a11604c7ebfee316f60819d62d2d.jpg
BAKI, 21 sentyabr — Sputnik. 2018-ci ildən ölkəmizin informasiya təhlükəsizliyi sahəsində strategiyasının yaradılması istiqamətində bir çox işlər görülüb. Bu sözləri Bakıda PROSOL şirkəti tərəfindən keçirilən "Beynəlxalq Kibertəhlükəsizlik Günləri" (ICSD) adlı beynəlxalq konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.O bildirib ki, pandemiyanın bərabərində gətirdiyi reallıqlar, yeni təhlükəsizlik modelləri, həmçinin 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət bu strategiyada da bəzi məsələlərə yenidən baxılmasını zəruri etdi:"Strategiya təsdiqlənmədən əvvəl yenidən hazırlandı və dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olundu. Düşünürəm ki, yaxın zamanda strategiya təsdiqlənəcək".Qeyd edək ki, ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL sentyabrın 21-də ikinci dəfə "Beynəlxalq Kibertəhlükəsizlik Günü"nə həsr olunmuş tədbirə ev sahibliyi edir.İki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirir. Tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edəcək.PROSOL şirkəti tərəfindən ölkəmizdə "Beynəlxalq Kibertəhlükəsizlik Günü"nə həsr olunan ikinci tədbir olsa da, kifayət qədər beynəlxalq diqqət çəkməyi bacarıb.Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin "Nozomi", "CheckPoint", "SocRadar", "Crowdstrike", "Palo Alto Networks", "Avnon Group", "Nubs Group", "Agritask", "Pyramid Analytics", "See Security", "MONT", "Elcore", "Bakotech", "Softprom" kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək."Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər" başlığı altında təşkil olunacaq tədbirdə 7 fərqli panel üzrə müzakirələr baş tutacaq.Panellər yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri ilə formalaşacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41706/31/417063172_58:0:1765:1280_1920x0_80_0_0_1ef09d3420be88ed463110618f7af83c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
informasiya, kibertəhlükəsizlik, strategiya, azərbaycan
informasiya, kibertəhlükəsizlik, strategiya, azərbaycan
Yaxın zamanda informasiya təhlükəsizliyi üzrə strategiya təsdiqlənəcək
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi informasiya təhlükəsizliyi üzrə strategiyadan danışıb.
BAKI, 21 sentyabr — Sputnik. 2018-ci ildən ölkəmizin informasiya təhlükəsizliyi sahəsində strategiyasının yaradılması istiqamətində bir çox işlər görülüb. Bu sözləri Bakıda PROSOL şirkəti tərəfindən keçirilən "Beynəlxalq Kibertəhlükəsizlik Günləri" (ICSD) adlı beynəlxalq konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O bildirib ki, pandemiyanın bərabərində gətirdiyi reallıqlar, yeni təhlükəsizlik modelləri, həmçinin 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət bu strategiyada da bəzi məsələlərə yenidən baxılmasını zəruri etdi:
"Strategiya təsdiqlənmədən əvvəl yenidən hazırlandı və dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olundu. Düşünürəm ki, yaxın zamanda strategiya təsdiqlənəcək".
Qeyd edək ki, ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL sentyabrın 21-də ikinci dəfə "Beynəlxalq Kibertəhlükəsizlik Günü"nə həsr olunmuş tədbirə ev sahibliyi edir.
İki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirir. Tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edəcək.
PROSOL şirkəti tərəfindən ölkəmizdə "Beynəlxalq Kibertəhlükəsizlik Günü"nə həsr olunan ikinci tədbir olsa da, kifayət qədər beynəlxalq diqqət çəkməyi bacarıb.
Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin "Nozomi", "CheckPoint", "SocRadar", "Crowdstrike", "Palo Alto Networks", "Avnon Group", "Nubs Group", "Agritask", "Pyramid Analytics", "See Security", "MONT", "Elcore", "Bakotech", "Softprom" kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək.
"Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər" başlığı altında təşkil olunacaq tədbirdə 7 fərqli panel üzrə müzakirələr baş tutacaq.
Panellər yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri ilə formalaşacaq.