https://sputnik.az/20220921/ukrayna-dovletciliyinin-itirilmesi-tehlukesi-nato-nu-narahat-etmir---politoloq-446316594.html
Ukrayna dövlətçiliyinin itirilməsi təhlükəsi NATO-nu narahat etmir - Politoloq
Ukrayna dövlətçiliyinin itirilməsi təhlükəsi NATO-nu narahat etmir - Politoloq
Sputnik Azərbaycan
Elşən Manafov bildirib ki, Avropa Marşal planından bəri ABŞ-ın ciddi nəzarəti altındadır və onun qərarı, razılığı olmadan öz maraqlarına uyğun qərarlar qəbul... 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T16:48+0400
2022-09-21T16:48+0400
2022-09-21T16:48+0400
ukrayna
təhlil
rusiya
abş
əməliyyat
müharibə
səfərbərlik
şət
ai
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440119528_0:161:3071:1888_1920x0_80_0_0_b34ea32cc0e5f6f1f6b7cf00145748fd.jpg
BAKI, 21 sentyabr — Sputnik. Rusiya-Ukrayna cəbhəsində proseslər yeni mərhələyə qədəm qoyub. Rusiya Prezidenti Vladimir Putin bu gün ölkə vətəndaşlarına müraciətində bildirib ki, ölkədə qismən səfərbərlik elan olunub. Rusiya müdafiə naziri Sergey Şoyqu da öz növbəsində bu məsələyə aydınlıq gətirib və qeyd edib qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan hərbçi səfərbərliyə cəlb olunacaq. Rusiyada qismən səfərbərlik elan olunması dünyada da rezonans doğurub. Böyük Britaniya XİN Rusiyada qismən səfərbərliyin elan olunmasının narahatlıq doğurduğunu açıqlayıb.Sputnik Azərbaycan Rusiya Prezidentinin son açıqlamaları fonunda nələrin baş verəcəyi ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.Politoloq bildirib ki, Ukrayna cəbhəsində Rusiya ordusunun və hərbi-siyasi rəhbərliyinin gözləntilərindən fərqli olaraq hərbi əməliyyatların bu ilin payızına qədər davam etməsi əvvəlki proqnozların özünü doğrultmaması ilə əlaqədardır:E.Manafovun sözlərinə görə, Rusiya Ukraynada Ukraynaya qarşı deyil, Ukrayna iqtidarını maliyyələşdirən, onun hakimiyyətə gəlməsində bilavasitə iştirak edən Qərbin müvafiq instrukturlarına, institutlarına, müəyyən dövlətlərin isteblişmentinə, maliyyə institutlarına qarşı döyüşür:"Əməliyyatların da bu qədər uzanmasının əsl səbəblərini burada axtarmaq lazımdır. Çünki Qərb ekspertləri də proqnozlaşdırırdılar ki, Ukraynanın öz insan, hərbi və maliyyə resursları ilə bu qədər zaman ərzində Rusiya qarşısında dayanmaq imkanları mümkünsüz idi".Daha sonra ekspert Qərbin niyə Ukrayna iqtidarına bu qədər dəstək verməsi məsələsinə toxunub:"Ukrayna cəbhəsində gərginliyin yaşanmasının əsl səbəbi Qərb və Rusiya arasında, daha doğrusu Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələr ilə Qərb arasında yeni dünya nizamı uğrunda mübarizənin yaratdığı reallıqlardır. Rusiya prezidenti iki gün əvvəl verdiyi açıqlamalarda bildirdi ki, konkret bir dövlət uzun müddət dünya nizamını müəyyən edə bilməz. Belə haqqa kimsə sahib deyil. Beynəlxalq hüquq da buna imkan vermir. Dünyanın uzun müddət bir qütblü qalması da mümkün olan iş deyildi. Bu, təkcə Rusiyanın deyil, Çinin, Hindistanın, İranın, Pakistanın, hətta Türkiyənin, Latın Amerikası ölkələrinin və Afrikanın da maraqlarına uyğun deyil. Bu dövlətlər uzun müddət ABŞ-ın verdiyi qərarlar əsasında yaşamaq istəmirlər", - deyə o vurğulayıb.Politoloq onu da qeyd edib ki, problemlər Rusiyanın müttəfiqlərinin olmasına baxmayaraq Qərbə qarşı təkbaşına mübarizə aparmasıdır:"Düzdür, onlar siyasi səhnədə Rusiyaya dəstək verirlər, ancaq konkret maliyyə və hərbi yardım göstərməyiblər. Əgər həmin dövlətlərin maraqları da dünyanın ayrı-ayrı nöqtələrində hədəfə alınacaqsa, həmin ölkələrin də qarşıdurmalara cəlb olunacağını gözləyə bilərik. Biz bunu Tayvan məsələsində gördük. Odur ki Rusiya tərəfinin verdiyi qərarlar tamamilə anlaşılan və izah edilə biləndir".Elşən Manafov hesab edir ki, Rusiyada qismən səfərbərliyin elan edilməsi ordunun həm də NATO-ya qarşı apardığı müharibədə verdiyi itkilərlə bağlıdır:Politoloq onu da qeyd edib ki, bu məsələdə Avropa ölkələrinin ABŞ yönümlü mövqeyi onlara yaxşı heç nə vəd etmir:"Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin suverenliyi əslində ilğım təsiri bağışlayan suverenlikdir. Nəzərə alsaq ki, NATO-nun əsas xərclərini ABŞ qarşılayır, Fransa və Almaniya bu məsələdə ABŞ-la rəqabətə girmək qabiliyyətində deyil, bu o deməkdir ki, Avropa Marşall planından bəri ABŞ-ın ciddi nəzarəti altındadır və onun qərarı, razılığı olmadan öz maraqlarına uyğun qərarlar qəbul edə bilməz. Nə qədər ki, Aİ ölkələri özünün gerçək suverenliyini bərpa etməyib, biz bu qarşıdurmanın davam etməsinə şahid olacağıq. Çünki Aİ-dən fərqli olaraq ŞƏT-də təmsil olunmuş dövlətlər öz suverenliklərini ABŞ-la bölüşmək istəmirlər. Aİ-də təmsil olunan ölkələr bunu nə qədər tez başa düşsələr, bütövlükdə dünyanın özü üçün bir o qədər yaxşıdır".
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440119528_170:0:2901:2048_1920x0_80_0_0_dd7f3e47d5856abd89f00394a23cf09a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, rusiya, abş, əməliyyat, müharibə, səfərbərlik, şət, ai
ukrayna, rusiya, abş, əməliyyat, müharibə, səfərbərlik, şət, ai
Ukrayna dövlətçiliyinin itirilməsi təhlükəsi NATO-nu narahat etmir - Politoloq
Elşən Manafov bildirib ki, Avropa Marşal planından bəri ABŞ-ın ciddi nəzarəti altındadır və onun qərarı, razılığı olmadan öz maraqlarına uyğun qərarlar qəbul edə bilməz.
BAKI, 21 sentyabr — Sputnik. Rusiya-Ukrayna cəbhəsində proseslər yeni mərhələyə qədəm qoyub. Rusiya Prezidenti Vladimir Putin bu gün ölkə vətəndaşlarına müraciətində bildirib ki, ölkədə qismən səfərbərlik elan olunub. Rusiya müdafiə naziri Sergey Şoyqu da öz növbəsində bu məsələyə aydınlıq gətirib və qeyd edib qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan hərbçi səfərbərliyə cəlb olunacaq. Rusiyada qismən səfərbərlik elan olunması dünyada da rezonans doğurub. Böyük Britaniya XİN Rusiyada qismən səfərbərliyin elan olunmasının narahatlıq doğurduğunu açıqlayıb.
Sputnik Azərbaycan Rusiya Prezidentinin son açıqlamaları fonunda nələrin baş verəcəyi ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, Ukrayna cəbhəsində Rusiya ordusunun və hərbi-siyasi rəhbərliyinin gözləntilərindən fərqli olaraq hərbi əməliyyatların bu ilin payızına qədər davam etməsi əvvəlki proqnozların özünü doğrultmaması ilə əlaqədardır:
"Bu isə onunla izah olunur ki, Rusiya Ukraynada təkcə Qərbdən maliyyə və siyasi dəstək alaraq hakimiyyəti ələ keçirmiş qüvvələrlə qarşı-qarşıya deyil. Ukrayna hakimiyyəti Qərbin və konkret olaraq Şimali Atlanika Alyansının birbaşa siyasi, hərbi və maliyyə dəstəyi ilə Rusiyaya qarşı mübarizə aparır. Əlbəttə ki, Rusiya Ukraynada xüsusi təyinatlı hərbi əməliyyat deyil, əsl müharibə aparsa idi, hərbi əməliyyatlar bu günə qədər davam etməzdi".
E.Manafovun sözlərinə görə, Rusiya Ukraynada Ukraynaya qarşı deyil, Ukrayna iqtidarını maliyyələşdirən, onun hakimiyyətə gəlməsində bilavasitə iştirak edən Qərbin müvafiq instrukturlarına, institutlarına, müəyyən dövlətlərin isteblişmentinə, maliyyə institutlarına qarşı döyüşür:
"Əməliyyatların da bu qədər uzanmasının əsl səbəblərini burada axtarmaq lazımdır. Çünki Qərb ekspertləri də proqnozlaşdırırdılar ki, Ukraynanın öz insan, hərbi və maliyyə resursları ilə bu qədər zaman ərzində Rusiya qarşısında dayanmaq imkanları mümkünsüz idi".
Daha sonra ekspert Qərbin niyə Ukrayna iqtidarına bu qədər dəstək verməsi məsələsinə toxunub:
"Ukrayna cəbhəsində gərginliyin yaşanmasının əsl səbəbi Qərb və Rusiya arasında, daha doğrusu Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələr ilə Qərb arasında yeni dünya nizamı uğrunda mübarizənin yaratdığı reallıqlardır. Rusiya prezidenti iki gün əvvəl verdiyi açıqlamalarda bildirdi ki, konkret bir dövlət uzun müddət dünya nizamını müəyyən edə bilməz. Belə haqqa kimsə sahib deyil. Beynəlxalq hüquq da buna imkan vermir. Dünyanın uzun müddət bir qütblü qalması da mümkün olan iş deyildi. Bu, təkcə Rusiyanın deyil, Çinin, Hindistanın, İranın, Pakistanın, hətta Türkiyənin, Latın Amerikası ölkələrinin və Afrikanın da maraqlarına uyğun deyil. Bu dövlətlər uzun müddət ABŞ-ın verdiyi qərarlar əsasında yaşamaq istəmirlər", - deyə o vurğulayıb.
Politoloq onu da qeyd edib ki, problemlər Rusiyanın müttəfiqlərinin olmasına baxmayaraq Qərbə qarşı təkbaşına mübarizə aparmasıdır:
"Düzdür, onlar siyasi səhnədə Rusiyaya dəstək verirlər, ancaq konkret maliyyə və hərbi yardım göstərməyiblər. Əgər həmin dövlətlərin maraqları da dünyanın ayrı-ayrı nöqtələrində hədəfə alınacaqsa, həmin ölkələrin də qarşıdurmalara cəlb olunacağını gözləyə bilərik. Biz bunu Tayvan məsələsində gördük. Odur ki Rusiya tərəfinin verdiyi qərarlar tamamilə anlaşılan və izah edilə biləndir".
Elşən Manafov hesab edir ki, Rusiyada qismən səfərbərliyin elan edilməsi ordunun həm də NATO-ya qarşı apardığı müharibədə verdiyi itkilərlə bağlıdır:
"Maraqlı məqam ondan ibarətdir ki, NATO bu müharibəni özü aparmayıb. Sadəcə olaraq Ukrayna vasitəsilə bunu edib. Perspektivdə Ukrayna dövlətçiliyinin itirilməsi təhlükəsi də NATO-nu narahat etmir. Əsas məsələ yeni dünya nizamı uğrunda fərqli baxışlar idi. Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq niyyətindədirlər. Bununla da Avropanı Rusiyadan olan enerji asılılığından "xilas" etməklə onu ABŞ-ın maliyyə və enerji asılılığına salmaq istəyirlər".
Politoloq onu da qeyd edib ki, bu məsələdə Avropa ölkələrinin ABŞ yönümlü mövqeyi onlara yaxşı heç nə vəd etmir:
"Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin suverenliyi əslində ilğım təsiri bağışlayan suverenlikdir. Nəzərə alsaq ki, NATO-nun əsas xərclərini ABŞ qarşılayır, Fransa və Almaniya bu məsələdə ABŞ-la rəqabətə girmək qabiliyyətində deyil, bu o deməkdir ki, Avropa Marşall planından bəri ABŞ-ın ciddi nəzarəti altındadır və onun qərarı, razılığı olmadan öz maraqlarına uyğun qərarlar qəbul edə bilməz. Nə qədər ki, Aİ ölkələri özünün gerçək suverenliyini bərpa etməyib, biz bu qarşıdurmanın davam etməsinə şahid olacağıq. Çünki Aİ-dən fərqli olaraq ŞƏT-də təmsil olunmuş dövlətlər öz suverenliklərini ABŞ-la bölüşmək istəmirlər. Aİ-də təmsil olunan ölkələr bunu nə qədər tez başa düşsələr, bütövlükdə dünyanın özü üçün bir o qədər yaxşıdır".