https://sputnik.az/20220921/tiktokun-olkede-bloklanmasinin-sebebi-aciqlandi-446314311.html
"TikTok"un ölkədə bloklanmasının səbəbi açıqlandı
"TikTok"un ölkədə bloklanmasının səbəbi açıqlandı
Sputnik Azərbaycan
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi bildirib ki, müəyyən insanlar var ki, "TikTok"u daha asan istifadə oluna bilən... 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T16:12+0400
2022-09-21T16:12+0400
2022-09-21T16:12+0400
tiktok
cəmiyyət
sosial şəbəkə
istifadəçi
məlumat
düşmən
ölkə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741073_0:102:3071:1829_1920x0_80_0_0_31024d8b284049828c7cf40a73192e2a.jpg
BAKI, 21 sentyabr — Sputnik. "TikTok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. Onun sözlərinə görə, müəyyən insanlar "TikTok"u daha asan istifadə oluna bilən formata salıb."Yəni, "TikTok"un özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm yanlış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun, misal olaraq, 10 dənə yanlış və sövqedici məlumat paylaşacaq. Belə olan halda siz informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb", - deyə Tural Məmmədov qeyd edib.Xatırladaq ki, bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti "TikTok"un məhdudlaşdırılması barədə məlumat yayıb.Həmin məlumatda qeyd olunub ki, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb."Həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı "TikTok" sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, "TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır", -deyə məlumatda qeyd olunur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427741073_0:0:2731:2048_1920x0_80_0_0_db04421f593a3055bcac64372a3111aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tiktok, sosial şəbəkə, istifadəçi, məlumat, düşmən, ölkə, azərbaycan
tiktok, sosial şəbəkə, istifadəçi, məlumat, düşmən, ölkə, azərbaycan
"TikTok"un ölkədə bloklanmasının səbəbi açıqlandı
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi bildirib ki, müəyyən insanlar var ki, "TikTok"u daha asan istifadə oluna bilən formata salıb.
BAKI, 21 sentyabr — Sputnik. "TikTok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib. Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. Onun sözlərinə görə, müəyyən insanlar "TikTok"u daha asan istifadə oluna bilən formata salıb.
"Yəni, "TikTok"un özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm yanlış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun, misal olaraq, 10 dənə yanlış və sövqedici məlumat paylaşacaq. Belə olan halda siz informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb", - deyə Tural Məmmədov qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti "TikTok"un məhdudlaşdırılması barədə məlumat yayıb.
Həmin məlumatda qeyd olunub ki, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb.
"Həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı "TikTok" sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, "TikTok" sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır", -deyə məlumatda qeyd olunur.