https://sputnik.az/20220921/stanislav-zas-armen-qriqoryanla-gorusub-446302571.html
Stanislav Zas Armen Qriqoryanla görüşüb
Stanislav Zas Armen Qriqoryanla görüşüb
Sputnik Azərbaycan
KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T12:15+0400
2022-09-21T12:15+0400
2022-09-21T12:15+0400
stanislav zas
dünya xəbərləri
ktmt
ermənistan
https://cdnn1.img.sputnik.az/img/42393/47/423934787_0:0:3271:1841_1920x0_80_0_0_6c0a3912ced10c9b0a09d86e2a4886fd.jpg
BAKI, 21 sentyabr — Sputnik. KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.Missiya öz işinə İrəvanda başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.Nümayəndə heyəti Ermənistana həmçinin Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün gəlib. Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.Bundan əvvəl KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu Ermənistanda işini başa çatdırıb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42393/47/423934787_197:0:2928:2048_1920x0_80_0_0_dcfaa78af8ced4abc4db7c5073989289.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
stanislav zas, ktmt, ermənistan
stanislav zas, ktmt, ermənistan
Stanislav Zas Armen Qriqoryanla görüşüb
KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.
BAKI, 21 sentyabr — Sputnik. KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Missiya öz işinə İrəvanda başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.
Nümayəndə heyəti Ermənistana həmçinin Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün gəlib. Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Bundan əvvəl KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu Ermənistanda işini başa çatdırıb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.