Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu Rusiyanın itkilərinin sayını açıqladı

© Sputnik / Ministry of Defence of the Russian Federation / Vadim Savitskii / Mediabanka keçid Serqey Şoyqu
 Serqey Şoyqu - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Abunə olmaq
Rusiya müdafiə naziri bildirib ki, Rusiya ordusu xüsusi hərbi əməliyyatda 5937 hərbçisini itirsə də, ölkəsinin itkiləri Ukraynadan 10 dəfə azdır.
BAKI, 21 sentyabr — Sputnik. "Ukraynadakı xüsusi hərbi əməliyyatda 5937 hərbçimiz ölüb".
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiyanın itkiləri Ukraynadan 10 dəfə azdır: "Xüsusi əməliyyat zamanı yaralananların 90%-dən çoxu xidmət yerinə qayıdıb".
Müdafiə naziri bildirib ki, qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.09.2022
RUSİYA
Rusiyada qismən səfərbərlik elan edildi: Putin xalqa müraciət ünvanlayıb
Xəbər lenti
0