https://sputnik.az/20220921/rusiyada-qismen-seferberlik-elan-edildi-446294122.html
Rusiyada qismən səfərbərlik elan edildi: Putin xalqa müraciət ünvanlayıb
Rusiyada qismən səfərbərlik elan edildi: Putin xalqa müraciət ünvanlayıb
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edildiyini açıqlayıb. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T10:10+0400
2022-09-21T10:10+0400
2022-09-21T11:17+0400
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/09/14/446275899_0:0:3050:1716_1920x0_80_0_0_11c69a339ee0bf38e9f7abeccb3c1ea8.jpg
BAKI, 21 sentyabr — Sputnik. Rusiyada qismən səfərbərlik elan olunub.Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib.Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər". Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir."️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/14/446275899_199:0:2930:2048_1920x0_80_0_0_c0d54e2a354bbcc974f3cc502ce4b1b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna
rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna
Rusiyada qismən səfərbərlik elan edildi: Putin xalqa müraciət ünvanlayıb
10:10 21.09.2022 (Yenilənib: 11:17 21.09.2022) Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edildiyini açıqlayıb.
BAKI, 21 sentyabr — Sputnik. Rusiyada qismən səfərbərlik elan olunub.
Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib.
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbass könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. ️Donbass, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.