https://sputnik.az/20220921/sergey-soyqu-qerb-komandanligi-ukraynadaki-herbi-emeliyyatlara-rehberlik-edir-446297708.html
Sergey Şoyqu: "Qərb komandanlığı Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir"
Sergey Şoyqu: "Qərb komandanlığı Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir"
Sputnik Azərbaycan
Rusiya müdafiə naziri bildirib ki, Ukraynaya böyük miqdarda silah verilir, lakin Rusiya bu silahlarla mübarizə yollarını tapır. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T11:33+0400
2022-09-21T11:33+0400
2022-09-21T12:18+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 21 sentyabr — Sputnik. "Rusiya Silahlı Qüvvələrinin bütün növ silahları, o cümlədən nüvə silahı prezidentin qarşıya qoyduğu tapşırığın yerinə yetirilməsi üçündür".Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.Onun sözlərinə görə, Rusiya Ukrayna ordusu ilə yox, kollektiv Qərblə mübarizə aparır.Şoyqu bildirib ki, hərbi əməliyyatlar çərçivəsində çətin döyüşlər gedir: "Ukraynaya böyük miqdarda silah verilir, lakin Rusiya bu silahlarla mübarizə yollarını tapır. Qərb komandanlığı Kiyevdə oturur və Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir".Rusiyanın müdafiə naziri bildirib ki, 150 hərbi mütəxəssisdən ibarət Qərb komandanlığı Kiyevdədir."Həm keçmiş hərbi qulluqçular, həm də xidmətdə olan hərbçilərdən ibarət sonuncu qrup 150 nəfərdir. Bu, əslində bütün bir komandanlıqdır. Onlar əməliyyatları idarə edən Kiyevdəki Qərb komandanlığıdır".Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
https://sputnik.az/20220921/soyqu-rusiyanin-itkilerinin-sayini-aciqladi-446297861.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
Sergey Şoyqu: "Qərb komandanlığı Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir"
11:33 21.09.2022 (Yenilənib: 12:18 21.09.2022) Rusiya müdafiə naziri bildirib ki, Ukraynaya böyük miqdarda silah verilir, lakin Rusiya bu silahlarla mübarizə yollarını tapır.
BAKI, 21 sentyabr — Sputnik. "Rusiya Silahlı Qüvvələrinin bütün növ silahları, o cümlədən nüvə silahı prezidentin qarşıya qoyduğu tapşırığın yerinə yetirilməsi üçündür".
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ordusu ilə yox, kollektiv Qərblə mübarizə aparır.
Şoyqu bildirib ki, hərbi əməliyyatlar çərçivəsində çətin döyüşlər gedir: "Ukraynaya böyük miqdarda silah verilir, lakin Rusiya bu silahlarla mübarizə yollarını tapır. Qərb komandanlığı Kiyevdə oturur və Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir".
Rusiyanın müdafiə naziri bildirib ki, 150 hərbi mütəxəssisdən ibarət Qərb komandanlığı Kiyevdədir.
"Həm keçmiş hərbi qulluqçular, həm də xidmətdə olan hərbçilərdən ibarət sonuncu qrup 150 nəfərdir. Bu, əslində bütün bir komandanlıqdır. Onlar əməliyyatları idarə edən Kiyevdəki Qərb komandanlığıdır".
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.