Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Qəbul olunmuş abituriyentlər niyə qeydiyyatını tamamlamaqdan imtina edib?

© AFP 2022 / ALAIN JOCARDtələbə
tələbə - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Ekspert düşünür ki, sosial problemlər də abituriyentlərin universitetlərə qeydiyyatını tamamlamamasına rəvac verir.
BAKI, 21 sentyabr — Sputnik. "Hər il universitetlərə qəbul olunaraq qeydiyyatlarını təsdiq etməyən abituriyentlərin sayı 2 mindən yuxarıdır. Cari ildə də 2355 şəxs universitetlərə qeydiyyatlarını təsdiq etməkdən imtina etdilər. Düşünürəm ki, bu rəqəm heç də az deyil və həmin şəxslər gələcəkdə dövlətə çox faydalı ola bilərdilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.
Onun sözlərinə görə, həmin şəxslərin belə addım atmasının əsas səbəbi ödənişlə bağlı problemlərin olmasıdır:

"Universitetlər birinci kursda birdəfəlik ödəniş tələb etdiyindən valideynlər bu vəsaiti ödəməkdə çətinlik yaşayırlar".

Ekspert qeyd edir ki, universitetlər elə ilkin mərhələdə - birinci kursda da güzəştlər etməli və yarımillərə əsasən də ödənişi tələb etməlidir.
Эксперт Эльшан Гафаров - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Elşən Qafarov
Ölkədə dövlət sifarişi ilə olan yerlərin sayının ildən-ilə artdığını deyən ekspert bildirir ki, dövlət ali təhsil məktəblərində qiymətlərlə bağlı kriteriyalar Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir:
"İmtinaların syaını azaltmaq üçün dövlət sifarişi ilə olan yerlərin sayı arıtırlmalıdır. Üç-dörd il öncə hər yüz nəfərdən təxminən yetmişi ödənişli təhsil alırdısa, hazırda bu rəqəm 45-dir. İldən-ilə də bu rəqəmin azalması gözəldir. Əsas hədəflərdən biri də ödənişli təhsilin dövlət sifarişi ilə olan təhsillə əvəzlənməsidir".
Mütəxəssis qeyd edir ki, Təhsil Tələbə Kredit Fondunun yaranmasından cəmi bir il ötsə də, qurum artıq 1600-dən artıq tələbəni əhatə edə bilib:
"Bu müddətdə 421 tələbə sosial, 1054 nəfər isə standart paketdən yararlanıb".
Digər təhsil eksperti İlqar Orucov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu rəqəmləri gələcəkdə də azaltmaq mümkün olmayacaq. O vəziyyətin bu cür hal almasıın səbəbini müxtəlif amillərlə əlaqələndirib.
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 21.09.2022
İlqar Orucov
Ekspert bildirib ki, bir çox abituriyentlər ixtisas seçimi zamanı müəyyən bal yığsa da, ali məktəbə qəbul olunduqdan sonra həmin ixtisasla bağlı araşdırmalara başlayır:

"Məsələn, hansısa qız abituriyent kiminsə köməkliyi ilə ixtisas seçimi etsə də, nəticələr təsdiqləndikdə müəyyən araşdırma aparmağa başlayır. Geologiya mühəndisliyinə qəbul olunan qız tələbə düşünür ki, bu sahə onun üçün pespektivli olmayacaq. Belə olan halda şəxslər qeydiyyatı sonadək tamamlamırlar".

"Bundan başqa, bir çox hallarda abituriyent pullu ixtisaslar seçsə də, o univeristetə qəbul olunduqda validyenləri buna imkanlarının olmadığını deyirlər. Nəticədə də şəxs qeydiyyatını sonadək tamamlamır. Azərbayanla yanaşı başqa ölkələrdəki universitetdə təhsil almaq üçün sənəd verənlər də var. Həmin abituriyentlər xaricdəki universitetlərdən təsdiq cavabı aldıqda, bu zaman yerli universitetlərdə qeydiyyat prosesini tamamlamaqdan imtina edirlər", - deyə o əlavə edib.
Ekspert düşüünür ki, bu rəqəmlərin azaldılması üçün hansısa həll yolu yoxdur.
Qeyd edək ki, cari ildə universitetlərə qəbul olunan 2 355 nəfər qeydiyyatını təsdiq etməyib.
Bundan əlavə qeyd edək ki, cari ildə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib.
Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.
Xəbər lenti
0