https://sputnik.az/20220921/putin-referendumlarda-tehlukesizlikle-bagli-danisdi-446303898.html
Putin referendumlarda təhlükəsizliklə bağlı danışdı
Putin referendumlarda təhlükəsizliklə bağlı danışdı
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılmalıdır ki, insanlar öz iradələrini ifadə edə bilsinlər. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T12:28+0400
2022-09-21T12:28+0400
2022-09-21T12:28+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442597558_0:219:3071:1946_1920x0_80_0_0_b7bd48f026f00cdd45902e1110fbece4.jpg
BAKI, 21 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində xalqın iradəsini azad ifadə etməsi üçün referendumlarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı hər şeyi edəcək.""Donbas xalq respublikaları"nın parlamentləri, eləcə də Xerson və Zaporojye vilayətlərinin hərbi-mülki administrasiyaları bu ərazilərin gələcəyi ilə bağlı referendum keçirmək qərarına gəlib və belə bir addımı dəstəkləmək xahişi ilə bizə, Rusiyaya müraciət ediblər. Mən vurğulayıram ki, biz əlimizdən gələni edəcəyik ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılsın və insanlar öz iradələrini ifadə edə bilsinlər", - dövlət başçısı bildirib.Onun sözlərinə görə, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətinin sakinlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək qərarı dəstəkləyəcək.Qismən səfərbərlikDövlət başçısı sentyabrın 21-də Rusiyada qismən səfərbərliyə başladığını elan edib."Mən regionların rəhbərlərinə komissarlıqların işinə bütün lazımi köməklik göstərməyi tapşırıram", - Putin bildirib.O qeyd edib ki, artıq müvafiq fərman imzalanıb."Qanuna uyğun olaraq, bu gün Federal Məclisin palatası, Federasiya Şurası və Dövlət Duması bu barədə rəsmi məktublarla məlumatlandırılacaq", - Rusiya lideri bildirib.Putin həmçinin Rusiya Federasiyası hökumətinə və Müdafiə Nazirliyinə Donbas könüllülərinin və silahlılarının hüquqi statusunu mümkün qədər tez müəyyən etməyi tapşırıb: "Bu, Rusiyanın adi hərbi qulluqçuları ilə eyni olmalıdır, o cümlədən maddi, tibbi və sosial təminatlar bura daxildir".Dövlət başçısı əlavə edib ki, qismən səfərbərlik haqqında sərəncamda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulub.O, Donbasın könüllüləri və silahlı birləşmələrinin texnika və avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edib. Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib ki, xalqın iradəsini azad ifadə etməsi və referendumların keçirilməsi üçün təhlükəsiz şəraitin təmin edilməsi ilə bağlı hər şey ediləcək.
https://sputnik.az/20220921/rusiyada-qismen-seferberlik-elan-edildi-446294122.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442597558_0:0:2731:2048_1920x0_80_0_0_d84475c2439c2298e07c5cda1a53cdf1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin
putin, rusiya prezidenti vladimir putin
Putin referendumlarda təhlükəsizliklə bağlı danışdı
Rusiya prezidenti bildirib ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılmalıdır ki, insanlar öz iradələrini ifadə edə bilsinlər.
BAKI, 21 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində xalqın iradəsini azad ifadə etməsi üçün referendumlarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı hər şeyi edəcək.
""Donbas xalq respublikaları"nın parlamentləri, eləcə də Xerson və Zaporojye vilayətlərinin hərbi-mülki administrasiyaları bu ərazilərin gələcəyi ilə bağlı referendum keçirmək qərarına gəlib və belə bir addımı dəstəkləmək xahişi ilə bizə, Rusiyaya müraciət ediblər. Mən vurğulayıram ki, biz əlimizdən gələni edəcəyik ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılsın və insanlar öz iradələrini ifadə edə bilsinlər", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətinin sakinlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək qərarı dəstəkləyəcək.
Dövlət başçısı sentyabrın 21-də Rusiyada qismən səfərbərliyə başladığını elan edib.
"Mən regionların rəhbərlərinə komissarlıqların işinə bütün lazımi köməklik göstərməyi tapşırıram", - Putin bildirib.
O qeyd edib ki, artıq müvafiq fərman imzalanıb.
"Qanuna uyğun olaraq, bu gün Federal Məclisin palatası, Federasiya Şurası və Dövlət Duması bu barədə rəsmi məktublarla məlumatlandırılacaq", - Rusiya lideri bildirib.
Putin həmçinin Rusiya Federasiyası hökumətinə və Müdafiə Nazirliyinə Donbas könüllülərinin və silahlılarının hüquqi statusunu mümkün qədər tez müəyyən etməyi tapşırıb: "Bu, Rusiyanın adi hərbi qulluqçuları ilə eyni olmalıdır, o cümlədən maddi, tibbi və sosial təminatlar bura daxildir".
Dövlət başçısı əlavə edib ki, qismən səfərbərlik haqqında sərəncamda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulub.
O, Donbasın könüllüləri və silahlı birləşmələrinin texnika və avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edib. Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib ki, xalqın iradəsini azad ifadə etməsi və referendumların keçirilməsi üçün təhlükəsiz şəraitin təmin edilməsi ilə bağlı hər şey ediləcək.