Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Qərbin məqsədi ölkəmizi SSRİ kimi məhv etməkdir"

© Sputnik / Сергей БобылевRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Donbasla bağlı müraciətində deyib ki, bu cür planlar Qərbdə çoxdan qurulub, onlar Qafqazda beynəlxalq terrorçu dəstələrini həvəsləndirib.
BAKI, 21 sentyabr — Sputnik. Qərb Rusiyanı zəiflətmək, parçalamaq və məhv etmək istəyir. Bunu Rusiya Prezidenti Vladimir Putin Donbasla bağlı müraciətində deyib.
"Qərbin məqsədi ölkəmizi zəiflətmək, parçalamaq və son nəticədə məhv etməkdir. Onlar artıq birbaşa deyirlər ki, 1991-ci ildə Sovet İttifaqını parçalaya biliblər, indi Rusiyanın özünün də vaxtı çatıb, çoxlu ölkələrə parçalanmalıdır", - o, ruslara müraciəti zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, bu cür planlar Qərbdə çoxdan qurulub. Onlar Qafqazda beynəlxalq terrorçu dəstələrini həvəsləndirib, NATO-nun hücum infrastrukturunu Rusiyanın sərhədlərinə yaxınlaşdırıb, total rusofobiyanı öz silahlarına çeviriblər.
Qeyd edək ki, Putin bu gün Rusiyada qismən hərbi səfərbərlik elan edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.09.2022
RUSİYA
Rusiyada qismən səfərbərlik elan edildi: Putin xalqa müraciət ünvanlayıb
Xəbər lenti
0