https://sputnik.az/20220921/nsanlarimiz-sehidlere-ehtiram-gosterirler---senlikler-texire-salinib-446192839.html
İnsanlarımız şəhidlərə ehtiram göstərirlər - Şənliklər təxirə salınıb
İnsanlarımız şəhidlərə ehtiram göstərirlər - Şənliklər təxirə salınıb
Sputnik Azərbaycan
Sputnik Azərbaycan toylarla bağlı son vəziyyəti öyrənmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T08:48+0400
2022-09-21T08:48+0400
2022-09-21T08:48+0400
toy
cəmiyyət
şənlik
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427579286_0:160:3073:1888_1920x0_80_0_0_60619c8cb1d8717d5e3604b054fe3d12.jpg
BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib, nəticədə 80 şəhidimiz, 300-ə yaxın yaralımız var. Ölkədə vəziyyətin gərgin olaraq qalması, şəhid xəbərlərinin gəlməsi ilə əlaqədar olaraq artıq bəzi toylar təxirə salınıb.Sputnik Azərbaycan toylarla bağlı son vəziyyəti öyrənmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb:"Simfoniya" şadlıq sarayından bildirilib ki, müharibə ilə əlaqədar olaraq oktyabra təyin olunan bəzi toylar təxirə salınıb: "Oktyabra 8 toy təyin olunmuşdusa, artıq iki toy təxirə salınıb. Hələlik ki, həmin toylara görə gün təyin olunmayıb. Ümumiyyətlə, heç yeni müraciət edənlər də yoxdur. Bu bahalıqla əlaqədar deyil. Çünki qiymətləri qaldıra bilmirik. Sadəcə nəyəsə görə evlənmək istəyənlər azalıb"."Xəzinə Palace"dan da bildirilib ki, sentyabrın sonlarına təyin olunan toylardan daha çox oktyabrın əvvəlinə yazılan toylar təxirə salınıb: "Sentyabrın sonunatoyuyazılan elə ev sahibləri var ki, artıq dəvətnamələri paylanılıb. Onlar toy gününü dəyişə bilmirlər, bu səbəbdən belə ev sahiblərini başa düşmək olar".Şadlıq sarayından bildirilib ki, oktyabr, noyabr aylarına görə yeni müraciətlər də daxil olur."Gilavar" şadlıq sarayı isə toylar istisna olmaqla digər şənliklərlə bağlı müraciətləri qəbul etmir: "Özümüz ad günləri, banket tədbirlərini, şənlikləri təxirə salmışıq. Bu şənliklərin nə vaxtadək təxirə düşəcəyi ilə bağlı hləlik ki,bir məlumat vermək çətindir, Çünki şəhidlərimiz var,gərginlik davam etməkdədir. Lakin toylar hələ ki təxirə salınmayıb. Çünki bizdə toyların oktyabrın 2-dən başlayır"."Ümid edək ki, vəziyyət belə davam etməz", - deyə bildirilib.Şadlıq sarayından verilən məlumatda o da həmçinin qeyd olunub ki, toyların təxirə salınması ilə bağlı hələlik ki, onlara ev sahiblərindən hər hansı müraciət daxil olmayıb.Qeyd edək ki, Müdafiə Nazirliyinin bu gün açıqlanan məlumatında qeyd olunur ki,Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların sayı 71-ə yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1e/427579286_170:0:2901:2048_1920x0_80_0_0_4ec6f1a7f1efffd2dea7c10fe6f40b88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toy, şənlik
İnsanlarımız şəhidlərə ehtiram göstərirlər - Şənliklər təxirə salınıb
Sputnik Azərbaycan toylarla bağlı son vəziyyəti öyrənmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb.
BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib, nəticədə 80 şəhidimiz, 300-ə yaxın yaralımız var. Ölkədə vəziyyətin gərgin olaraq qalması, şəhid xəbərlərinin gəlməsi ilə əlaqədar olaraq artıq bəzi toylar təxirə salınıb.
Sputnik Azərbaycan toylarla bağlı son vəziyyəti öyrənmək üçün bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb:
"Simfoniya" şadlıq sarayından bildirilib ki, müharibə ilə əlaqədar olaraq oktyabra təyin olunan bəzi toylar təxirə salınıb: "Oktyabra 8 toy təyin olunmuşdusa, artıq iki toy təxirə salınıb. Hələlik ki, həmin toylara görə gün təyin olunmayıb. Ümumiyyətlə, heç yeni müraciət edənlər də yoxdur. Bu bahalıqla əlaqədar deyil. Çünki qiymətləri qaldıra bilmirik. Sadəcə nəyəsə görə evlənmək istəyənlər azalıb".
"Xəzinə Palace"dan da bildirilib ki, sentyabrın sonlarına təyin olunan toylardan daha çox oktyabrın əvvəlinə yazılan toylar təxirə salınıb: "Sentyabrın sonunatoyuyazılan elə ev sahibləri var ki, artıq dəvətnamələri paylanılıb. Onlar toy gününü dəyişə bilmirlər, bu səbəbdən belə ev sahiblərini başa düşmək olar".
Şadlıq sarayından bildirilib ki, oktyabr, noyabr aylarına görə yeni müraciətlər də daxil olur.
"Gilavar" şadlıq sarayı isə toylar istisna olmaqla digər şənliklərlə bağlı müraciətləri qəbul etmir: "Özümüz ad günləri, banket tədbirlərini, şənlikləri təxirə salmışıq. Bu şənliklərin nə vaxtadək təxirə düşəcəyi ilə bağlı hləlik ki,bir məlumat vermək çətindir, Çünki şəhidlərimiz var,gərginlik davam etməkdədir. Lakin toylar hələ ki təxirə salınmayıb. Çünki bizdə toyların oktyabrın 2-dən başlayır".
"Ümid edək ki, vəziyyət belə davam etməz", - deyə bildirilib.
Şadlıq sarayından verilən məlumatda o da həmçinin qeyd olunub ki, toyların təxirə salınması ilə bağlı hələlik ki, onlara ev sahiblərindən hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin bu gün açıqlanan məlumatında qeyd olunur ki,Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların sayı 71-ə yüksəlib.