https://sputnik.az/20220921/herbi-xidmetde-bedbext-hadise-neticesinde-helak-olanlara-sehid-statusu-verilecek-446307873.html
Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində həlak olanlara şəhid statusu veriləcək?
Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində həlak olanlara şəhid statusu veriləcək?
Sputnik Azərbaycan
Deputat Elşad Mirbəşiroğlu bununla bağlı təkliflərini Milli Məclisə təqdim etdiyini söyləyib. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T13:21+0400
2022-09-21T13:21+0400
2022-09-21T13:13+0400
hərbi
cəmiyyət
şəhid
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443361201_0:103:2000:1228_1920x0_80_0_0_772c92811b333da0ebfababc6756e215.jpg
BAKI, 21 sentyabr — Sputnik. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişiklik olunmalıdır.Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.Deputat bildirib ki, bununla bağlı təkliflərini Milli Məclisə təqdim edib: "Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman və yaxud hərbi vəzifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu mənim təklifimdir və çox həssas məsələdir".Xatırladaq ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.Qanuna görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443361201_114:0:1887:1330_1920x0_80_0_0_e968e04ecfd3c36122eb2dd479cfc566.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hərbi, şəhid, milli məclis
hərbi, şəhid, milli məclis
Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində həlak olanlara şəhid statusu veriləcək?
Deputat Elşad Mirbəşiroğlu bununla bağlı təkliflərini Milli Məclisə təqdim etdiyini söyləyib.
BAKI, 21 sentyabr — Sputnik. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişiklik olunmalıdır.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, bununla bağlı təkliflərini Milli Məclisə təqdim edib: "Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman və yaxud hərbi vəzifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu mənim təklifimdir və çox həssas məsələdir".
Xatırladaq ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.
Qanuna görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.