https://sputnik.az/20220921/ermenistanda-polisle-toqqusma-esger-analari-herbi-mezarliqdaki-eklilleri-asirdi---vdeo-446311581.html
Ermənistanda polislə toqquşma: Əsgər anaları hərbi məzarlıqdakı əklilləri aşırdı - VİDEO
Ermənistanda polislə toqquşma: Əsgər anaları hərbi məzarlıqdakı əklilləri aşırdı - VİDEO
Sputnik Azərbaycan
Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdilər. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T14:53+0400
2022-09-21T14:53+0400
2022-09-21T14:53+0400
ermənistan
dünya xəbərləri
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0a/426668101_0:0:2730:1537_1920x0_80_0_0_85d4d748188c6330378cdf171a60e243.jpg
BAKI, 21 sentyabr — Sputnik. Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları "Yerablur" hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.Sputnik Ermənistan xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər."Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burada olmamalıdır. Onlar ən həssas yerdən vurdular", - deyə etirazçılardan biri hökumət nümayəndələrinin əklillərini yığışdıran zaman deyib.Polis ümumilikdə 30 nəfəri saxlayıb.Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdilər. Polisin müdaxiləsindən sonra Paşinyan məzarlığa maneəsiz daxil olub.Xatırladaq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0a/426668101_0:0:2730:2048_1920x0_80_0_0_00614237b90622a9c5bb8b1ca374b167.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
ermənistan, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
Ermənistanda polislə toqquşma: Əsgər anaları hərbi məzarlıqdakı əklilləri aşırdı - VİDEO
Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdilər.
BAKI, 21 sentyabr — Sputnik. Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları "Yerablur" hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.
Sputnik Ermənistan xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.
"Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burada olmamalıdır. Onlar ən həssas yerdən vurdular", - deyə etirazçılardan biri hökumət nümayəndələrinin əklillərini yığışdıran zaman deyib.
Polis ümumilikdə 30 nəfəri saxlayıb.
Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdilər. Polisin müdaxiləsindən sonra Paşinyan məzarlığa maneəsiz daxil olub.
Xatırladaq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən gərginlik zamanı ermənilərdən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.