https://sputnik.az/20220921/emine-yusifqizi-sehheti-ile-bagli-yanlis-xeber-yayanlari-qinayib-446308169.html
Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi
Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi
Sputnik Azərbaycan
Xalq artisti, "Şöhrət" ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T13:11+0400
2022-09-21T13:11+0400
2022-09-21T13:12+0400
xalq artisti
mədəniyyət
əminə yusifqızı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446308016_0:0:851:478_1920x0_80_0_0_6c3b658f0c5eec5b251e4a2be4881507.jpg
BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti, "Şöhrət" ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən qiraətçi səhhətində heç bir problem olmadığını söyləyib. "Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Bilmirəm, bu xəbəri kim necə uydurub? Səhərdən jurnalistlər mənə zəng edir. Mən də elə bilirəm sabah ad günümdür, təbrik üçün zəng edirlər. Xəbəri dəqiqləşdirmədən necə dərc edirlər, anlamıram", - deyə Ə.Yusifqızı bildirib.Aktrisa əlavə edib ki, son zamanlar əksər verilişlərdən imtina edib və ola bilsin şayiələr də bu səbəbən yayılır:"Mən artıq hər verilişə getmirəm. Müsahibələrdən imtina edərəm, görünür, adamlar buna görə hesab edirlər ki, mənə nəsə olub. Amma heç bir şey yoxdur, hər şey yaxşıdır"Qeyd edək ki, bəzi KİV-lər Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhətinin pisləşdiyini, qida qəbul edə bilmədiyini xəbər vermişdilər.Tanınmış aktrisa, "Şöhrət" ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446308016_63:0:770:530_1920x0_80_0_0_92e44ec9800c7266bcb7089937d84f18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti, əminə yusifqızı
xalq artisti, əminə yusifqızı
Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi
13:11 21.09.2022 (Yenilənib: 13:12 21.09.2022) Xalq artisti, "Şöhrət" ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib.
BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti, "Şöhrət" ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən qiraətçi səhhətində heç bir problem olmadığını söyləyib.
"Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Bilmirəm, bu xəbəri kim necə uydurub? Səhərdən jurnalistlər mənə zəng edir. Mən də elə bilirəm sabah ad günümdür, təbrik üçün zəng edirlər. Xəbəri dəqiqləşdirmədən necə dərc edirlər, anlamıram", - deyə Ə.Yusifqızı bildirib.
Aktrisa əlavə edib ki, son zamanlar əksər verilişlərdən imtina edib və ola bilsin şayiələr də bu səbəbən yayılır:
"Mən artıq hər verilişə getmirəm. Müsahibələrdən imtina edərəm, görünür, adamlar buna görə hesab edirlər ki, mənə nəsə olub. Amma heç bir şey yoxdur, hər şey yaxşıdır"
Qeyd edək ki, bəzi KİV-lər Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhətinin pisləşdiyini, qida qəbul edə bilmədiyini xəbər vermişdilər.
Tanınmış aktrisa, "Şöhrət" ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.