Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın 2023-cü il dövlət büdcəsinin planlaşdırılan gəlirləri və xərcləri

Abunə olmaq
Maliyyə Nazirliyi gələn il üçün ölkənin ümumi və dövlət büdcələrinin gözlənilən göstəriciləri ilə bağlı proqnozunu açıqlayıb.
Büdcə xərclərinin əhəmiyyətli hissəsi müdafiə və dövlət təhlükəsizliyinə, digər prioritetlər arasında - təhsil, sosial təminat və Qarabağın bərpasına ayrılan xərclərə yönəldiləcək. 2023-cü il dövlət büdcəsinin necə olacağı barədə - Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Maliyyə Nazirliyi ölkənin 2023-cü il üçün ümumi və dövlət büdcələrinin gözlənilən göstəriciləri ilə bağlı proqnozunu açıqlayıb.
Gələn il üçün nəzərdə tutulan büdcədə Azərbaycanın gəlirləri 30,7 milyard manat, xərcləri isə 33,3 milyard manat səviyyəsində gözlənilir.
Dövlət büdcəsi xərclərinin əhəmiyyətli hissəsi (5,3 milyard manat) müdafiə və dövlət təhlükəsizliyinə yönəldiləcək. Bu istiqamətdə xərclər 200 milyon manatdan çox artırılacaq.
Həmçinin təhsil və sosial təminat sahələrinə 4,4 milyard manat xərclənəcək.
Bundan başqa, gələn ilin dövlət büdcəsinin əsas xərcləri sırasında işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması, çoxlu sayda qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi kimi maddələr də sadalanıb.
Eyni zamanda, büdcədə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları və prokurorluq üçün 2,7 milyard manat, investisiya xərcləri üçün isə 2,6 milyard manat məbləğində xərclər maddəsi proqnozlaşdırılır.
Xəbər lenti
0