CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YAŞAT" Fondu yaralı hərbçiləri ziyarət edib

© Photo : YASHAT Foundation "YAŞAT" Fondu yaralı hərbçiləri ziyarət edib
 YAŞAT Fondu yaralı hərbçiləri ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Fond tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlərin görüldüyü və tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.
BAKI, 20 sentyabr — Sputnik. "YAŞAT" Fondu yaralı hərbçilərimizi ziyarət edib. Bu barədə Fonddan məlumat verilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.
© Photo : YASHAT Foundation "YAŞAT" Fondu yaralı hərbçiləri ziyarət edib
 YAŞAT Fondu yaralı hərbçiləri ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.09.2022
"YAŞAT" Fondu yaralı hərbçiləri ziyarət edib
Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralalılarımızın müraciətləri dinlənilib.
Diqqətə çatdırılıb ki, "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
© Photo : YASHAT Foundation "YAŞAT" Fondu yaralı hərbçiləri ziyarət edib
 YAŞAT Fondu yaralı hərbçiləri ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.09.2022
"YAŞAT" Fondu yaralı hərbçiləri ziyarət edib
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0