https://sputnik.az/20220920/the-times-qlobal-erzaq-bohrani-baslaya-biler-446261670.html
"The Times": "Qlobal ərzaq böhranı başlaya bilər"
"The Times": "Qlobal ərzaq böhranı başlaya bilər"
Sputnik Azərbaycan
Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib. 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T23:19+0400
2022-09-20T23:19+0400
2022-09-20T23:19+0400
ərzaq
dünya xəbərləri
qlobal
böhran
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433796731_0:0:3071:1728_1920x0_80_0_0_dcf768a6b216d8613901b5975aa786fe.jpg
BAKI, 20 sentyabr — Sputnik. Rusiya neftindən imtina ilə qlobal ərzaq böhranı başlaya bilər. Bu barədə "The Times" Beynəlxalq Hesablaşmalar Bankının (BIS) ekspertlərinə istinadən yazır.BIS xəbərdarlıq edib ki, Avropa ölkələrinin Rusiyadan yanacağın tədricən ləğvi planları taxılın bioyanacaq kimi geniş istifadəsinə səbəb ola bilər. Bu da öz növbəsində Ukraynada xüsusi əməliyyat başlayandan sonra artan ərzaq qıtlığının daha da böyüməsinə səbəb olacaq. Həmçinin bu qərar xam neftin bahalaşması şəklində qlobal iqtisadiyyata əlavə təsir göstərəcək."Davamlı olaraq yüksək neft qiymətləri taxıl və digər məhsulların bahalaşmasına təsir göstərə bilər. Əsas heyvan yemi olan bitkilərlə bağlı qiymət dəyişiklikləri isə tez bir zamanda digər ərzaq məhsullarının qiymətlərində də əks oluna bilər", - deyə qeyd edilir.Məlumata görə, Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib.BIS artan enerji və ərzaq qiymətlərinin əksər ölkələrdə rekord inflyasiyaya səbəb olduğunu bildirib. Odur ki, inflyasiyanın artımını tənzimləmək üçün faizləri artırmaq lazımdır.Sentyabrın 16-da "İnterfaks" agentliyi FAO-nun Moskva Bürosunun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) direktoru Oleq Kobyakova istinadən xəbər verib ki, dünyada ac insanların sayı üç il ərzində - 2019-cu ildən bəri 828 milyon nəfərə çatıb. O qeyd edib ki, 2021-ci ildə planetdə təxminən 2,3 milyard insan "təhlükəsiz qidaya çıxışın olmaması" ilə üzləşib. Bu, 2019-cu illə müqayisədə 350 milyon nəfər çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433796731_0:0:2729:2047_1920x0_80_0_0_1e3d1ff8f9f96b078abfa54d442452a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərzaq, qlobal, böhran
"The Times": "Qlobal ərzaq böhranı başlaya bilər"
Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib.
BAKI, 20 sentyabr — Sputnik. Rusiya neftindən imtina ilə qlobal ərzaq böhranı başlaya bilər. Bu barədə "The Times" Beynəlxalq Hesablaşmalar Bankının (BIS) ekspertlərinə istinadən yazır.
BIS xəbərdarlıq edib ki, Avropa ölkələrinin Rusiyadan yanacağın tədricən ləğvi planları taxılın bioyanacaq kimi geniş istifadəsinə səbəb ola bilər. Bu da öz növbəsində Ukraynada xüsusi əməliyyat başlayandan sonra artan ərzaq qıtlığının daha da böyüməsinə səbəb olacaq. Həmçinin bu qərar xam neftin bahalaşması şəklində qlobal iqtisadiyyata əlavə təsir göstərəcək.
"Davamlı olaraq yüksək neft qiymətləri taxıl və digər məhsulların bahalaşmasına təsir göstərə bilər. Əsas heyvan yemi olan bitkilərlə bağlı qiymət dəyişiklikləri isə tez bir zamanda digər ərzaq məhsullarının qiymətlərində də əks oluna bilər", - deyə qeyd edilir.
Məlumata görə, Ukrayna xüsusi əməliyyatla əlaqədar limanlarından gübrə və məhsul göndərə bilmədiyi üçün qlobal ərzaq təchizatı kəsilib.
BIS artan enerji və ərzaq qiymətlərinin əksər ölkələrdə rekord inflyasiyaya səbəb olduğunu bildirib. Odur ki, inflyasiyanın artımını tənzimləmək üçün faizləri artırmaq lazımdır.
Sentyabrın 16-da "İnterfaks" agentliyi FAO-nun Moskva Bürosunun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) direktoru Oleq Kobyakova istinadən xəbər verib ki, dünyada ac insanların sayı üç il ərzində - 2019-cu ildən bəri 828 milyon nəfərə çatıb. O qeyd edib ki, 2021-ci ildə planetdə təxminən 2,3 milyard insan "təhlükəsiz qidaya çıxışın olmaması" ilə üzləşib. Bu, 2019-cu illə müqayisədə 350 milyon nəfər çoxdur.