DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stanislav Zas Ermənistana gedir

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçid Stanislav Zas
 Stanislav Zas - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Baş katibin səfərinə hazırlıq işlərinin görülməsi haqqında qərar imzalayıb.
BAKI, 20 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edəcək.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, səfər 20-25 sentyabr tarixlərini əhatə edəcək.
Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Baş katibin səfərinə hazırlıq işlərinin görülməsi haqqında qərar imzalayıb.
Qeyd edək ki, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyası sentyabrın 15-də Ermənistana gəlib. Missiya Ermənistan sərhədinin müxtəlif hissələrinə baş çəkib, onlara əməliyyat şəraiti təqdim olunub.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0