https://sputnik.az/20220920/rusiyadan-dunyaya-mehsullarin-tedarukunun-baslanmasi-ucun-yeni-merhele-baslanir---erdogan-446260775.html
Rusiyadan dünyaya məhsulların tədarükünün başlanması üçün yeni mərhələ başlanır - Ərdoğan
Rusiyadan dünyaya məhsulların tədarükünün başlanması üçün yeni mərhələ başlanır - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə prezidenti bildirib ki, əgər buna nail ola bilsələr, yoxsul ölkələr və inkişaf səviyyəsi aşağı olan ölkələr bu məhsulları alacaq. 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T11:44+0400
2022-09-20T11:44+0400
2022-09-20T11:44+0400
dünya xəbərləri
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya
kənd təsərrüfatı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443954803_0:0:3108:1748_1920x0_80_0_0_21b5026c2080a6b6747ab73aeafaf23c.jpg
BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi vasitəsilə Rusiyadan ərzaq tədarükünün başlanmasını gözlədiyini açıqlayıb."Kənd təsərrüfatı məhsullarının ixracı 2 milyon tonu ötür, 3 milyon tona yaxınlaşır. İndiki dövr Rusiyadan bütün dünyaya məhsulların tədarükünün başlanması üçün yeni mərhələdir. Təbii ki, yeganə arzum odur ki, bunu təmin edək. Məhsullar inkişaf etmiş ölkələrə deyil, zəif inkişaf etmiş və ya yoxsul ölkələrə göndərilsin. Əgər biz buna nail ola bilsək, yoxsul ölkələr və inkişaf səviyyəsi aşağı olan ölkələr bu məhsulları alacaq", – Türkiyə prezidenti bir gün əvvəl ABŞ-ın "PBS" telekanalına müsahibəsində bildirib.Sentyabrın əvvəlindən Ankara Rusiyadan məhsul tədarükünü təşkil etmək istəyini bəyan edib. Ərdoğanın sözlərinə görə, bu mövzu, Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşündə müzakirə olunub.İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan dördtərəfli mərkəz silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq və taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.Daha əvvəl Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Putin qeyd edib ki, Ukraynadan taxıl ixrac edilən 87 gəmidən demək olar ki, hamısı Aİ ölkələrinə gedir, onlardan yalnız ikisi ən kasıb ölkələrə çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443954803_379:0:3108:2047_1920x0_80_0_0_dfe5e988ed526e284e81dfc396fce1ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya, kənd təsərrüfatı
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya, kənd təsərrüfatı
Rusiyadan dünyaya məhsulların tədarükünün başlanması üçün yeni mərhələ başlanır - Ərdoğan
Türkiyə prezidenti bildirib ki, əgər buna nail ola bilsələr, yoxsul ölkələr və inkişaf səviyyəsi aşağı olan ölkələr bu məhsulları alacaq.
BAKI, 20 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi vasitəsilə Rusiyadan ərzaq tədarükünün başlanmasını gözlədiyini açıqlayıb.
"Kənd təsərrüfatı məhsullarının ixracı 2 milyon tonu ötür, 3 milyon tona yaxınlaşır. İndiki dövr Rusiyadan bütün dünyaya məhsulların tədarükünün başlanması üçün yeni mərhələdir. Təbii ki, yeganə arzum odur ki, bunu təmin edək. Məhsullar inkişaf etmiş ölkələrə deyil, zəif inkişaf etmiş və ya yoxsul ölkələrə göndərilsin. Əgər biz buna nail ola bilsək, yoxsul ölkələr və inkişaf səviyyəsi aşağı olan ölkələr bu məhsulları alacaq", – Türkiyə prezidenti bir gün əvvəl ABŞ-ın "PBS" telekanalına müsahibəsində bildirib.
Sentyabrın əvvəlindən Ankara Rusiyadan məhsul tədarükünü təşkil etmək istəyini bəyan edib. Ərdoğanın sözlərinə görə, bu mövzu, Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşündə müzakirə olunub.
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan dördtərəfli mərkəz silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq və taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
Daha əvvəl Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Putin qeyd edib ki, Ukraynadan taxıl ixrac edilən 87 gəmidən demək olar ki, hamısı Aİ ölkələrinə gedir, onlardan yalnız ikisi ən kasıb ölkələrə çatdırılıb.