https://sputnik.az/20220920/neft-bazarinda-diqqetler-fed-in-toplantisinda-446266118.html
Neft bazarında diqqətlər FED-in toplantısında
Neft bazarında diqqətlər FED-in toplantısında
Sputnik Azərbaycan
Neft bazarında qiymətlər cüzi bahalaşıb. İnvestorlar ABŞ Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı verəcəyi qərarı gözləyirlər. 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T12:50+0400
2022-09-20T12:50+0400
2022-09-20T12:50+0400
neft
neft-qaz
abş
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373081_0:0:2730:1537_1920x0_80_0_0_094c3d2c24aa677f65f5d0775b0b2024.jpg
BAKI, 20 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,08 dollar artaraq 92,08 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,03 dollar bahalaşaraq 85,76 dollar olub.Qeyd edək ki, neft bazarında diqqətlər ABŞ Mərkəzi Bankının (FED) bu həftə keçiriləcək toplantısına yönəlib. FED-in faiz dərəcəsini artıracağı ilə bağlı xəbərlər qiymətlərə mənfi təsir göstərir.Sonuncu dəfə iyul ayında FED faiz dərəcəsini 1.75%-dən 2.50%-ə qaldırıb. Digər ölkələrin mərkəzi banklarının da bu həftə inflyasiyanı cilovlamaq üçün faizləri artıracağı gözlənilir.Xatırladaq ki, neft bu ayın əvvəlində yanvar ayından bəri ən aşağı həddə düşüb. Səbəb qlobal iqtisadi yavaşlama, daha sərt pul siyasəti və tələbatın aşağı olması narahatlıqlarıdır.Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 96,09 ABŞ dollarına bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,87 dollar və ya 0,9% çoxdur.Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373081_0:0:2730:2048_1920x0_80_0_0_3ba0d98681f0e486e4a3c59f8d6e30b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, abş
Neft bazarında diqqətlər FED-in toplantısında
Neft bazarında qiymətlər cüzi bahalaşıb. İnvestorlar ABŞ Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı verəcəyi qərarı gözləyirlər.
BAKI, 20 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,08 dollar artaraq 92,08 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,03 dollar bahalaşaraq 85,76 dollar olub.
Qeyd edək ki, neft bazarında diqqətlər ABŞ Mərkəzi Bankının (FED) bu həftə keçiriləcək toplantısına yönəlib. FED-in faiz dərəcəsini artıracağı ilə bağlı xəbərlər qiymətlərə mənfi təsir göstərir.
Sonuncu dəfə iyul ayında FED faiz dərəcəsini 1.75%-dən 2.50%-ə qaldırıb. Digər ölkələrin mərkəzi banklarının da bu həftə inflyasiyanı cilovlamaq üçün faizləri artıracağı gözlənilir.
Xatırladaq ki, neft bu ayın əvvəlində yanvar ayından bəri ən aşağı həddə düşüb. Səbəb qlobal iqtisadi yavaşlama, daha sərt pul siyasəti və tələbatın aşağı olması narahatlıqlarıdır.
Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 96,09 ABŞ dollarına bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,87 dollar və ya 0,9% çoxdur.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.