Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktor işdən çıxarıldı

© Sputnik / Murad OrujovCibdən pul çıxarılması, arxiv şəkli
Cibdən pul çıxarılması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
"WhatsApp" qrupunda məktəb direktorunun hər müəllimdən 50 manat istədiyini təsdiq edən səs yazısı yayılıb.
BAKI, 20 sentyabr — Sputnik. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktoru işdən çıxarılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, direktor Esmira İbrahimova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, ötən gün Sumqayıt şəhər 32 saylı tam orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Belə ki, direktor sentyabrın 14-də müəllimlər üçün yaratdığı "WhatsApp" qrupuna səs ataraq, hər müəllimdən 50 manat tələb edib.
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhərində yerləşən 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva da işdən çıxarılıb. Buna səbəb direktorun məktəbdəki xərcləri təmin etmək üçün valideynlərdən pul yığılması ilə bağlı yayılan səs yazısıdır.
Qeyd edək ki, ötən (2021-2022-ci) tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib.
Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Xəbər lenti
0