https://sputnik.az/20220920/lon-maskin-starlink-peyk-internet-sebekesi-indi-artiq-butun-qitelerde-movcuddur-446224796.html
İlon Maskın "Starlink" peyk internet şəbəkəsi indi artıq bütün qitələrdə mövcuddur
İlon Maskın "Starlink" peyk internet şəbəkəsi indi artıq bütün qitələrdə mövcuddur
Sputnik Azərbaycan
"SpaceX" kosmik şirkətinin qurucusu İlon Mask bildirib ki, "Starlink" artıq Antarktidada da mövcuddur. 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T08:29+0400
2022-09-20T08:29+0400
2022-09-20T08:29+0400
ilon mask
dünya xəbərləri
hi-tech
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561626_0:0:2989:1682_1920x0_80_0_0_f90397c49b18d35ff8fc97a462185cfb.jpg
BAKI, 20 sentyabr — Sputnik. ABŞ-ın "SpaceX" kosmik şirkətinə aid olan "Starlink" peyk internet şəbəkəsi indi Antarktida da daxil olmaqla dünyanın bütün qitələrində mövcuddur. Bu sözləri şirkətin sahibi və qurucusu İlon Mask deyib."Starlink indi bütün qitələrdə, o cümlədən Antarktidada da işləyir", - deyə milyarder öz "Twitter" səhifəsində qeyd edib.Bu yaxınlarda İlon Maskın "SpaceX" kosmik şirkəti 54 "Starlink" peykini orbitə çıxardığı bildirilib. Eyni zamanda, bu ilin fevral ayında kosmosa buraxılan 49 "Starlink" mikropeykindən təxminən 40-ı güclü maqnit qasırğası səbəbindən orbitdən düşüb.Xatırladaq ki, "Starlink" qlobal genişzolaqlı internet proqramında təxminən 4.500 peyk nəzərdə tutulub ki, onlar 1100-1300 km hündürlükdə hərəkət etməlidir və təxminən 7.500 aparat isə 346 kilometrdən çox olmayan hündürlükdə olacaq. Bu kosmik obyektlər dünyanın ən uzaq nöqtələrindən dünya miqyaslı internetə çıxmağa imkan verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561626_240:0:2971:2048_1920x0_80_0_0_ac759c7e58849e4744e677f05018adae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask, hi-tech
İlon Maskın "Starlink" peyk internet şəbəkəsi indi artıq bütün qitələrdə mövcuddur
"SpaceX" kosmik şirkətinin qurucusu İlon Mask bildirib ki, "Starlink" artıq Antarktidada da mövcuddur.
BAKI, 20 sentyabr — Sputnik. ABŞ-ın "SpaceX" kosmik şirkətinə aid olan "Starlink" peyk internet şəbəkəsi indi Antarktida da daxil olmaqla dünyanın bütün qitələrində mövcuddur. Bu sözləri şirkətin sahibi və qurucusu İlon Mask deyib.
"Starlink indi bütün qitələrdə, o cümlədən Antarktidada da işləyir", - deyə milyarder öz "Twitter" səhifəsində qeyd edib.
Bu yaxınlarda İlon Maskın "SpaceX" kosmik şirkəti 54 "Starlink" peykini orbitə çıxardığı bildirilib. Eyni zamanda, bu ilin fevral ayında kosmosa buraxılan 49 "Starlink" mikropeykindən təxminən 40-ı güclü maqnit qasırğası səbəbindən orbitdən düşüb.
Xatırladaq ki, "Starlink" qlobal genişzolaqlı internet proqramında təxminən 4.500 peyk nəzərdə tutulub ki, onlar 1100-1300 km hündürlükdə hərəkət etməlidir və təxminən 7.500 aparat isə 346 kilometrdən çox olmayan hündürlükdə olacaq. Bu kosmik obyektlər dünyanın ən uzaq nöqtələrindən dünya miqyaslı internetə çıxmağa imkan verəcək.