DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin BRİCS ölkələrini qlobal çağırışlar qarşısında siyasi etimadı gücləndirməyə çağırıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidÇin bayrağı
Çin bayrağı - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Qardaşlaşmış şəhərlərin və BRİCS ölkələrinin yerli hökumətlərinin ticarət, elm və texnologiya, mədəniyyət, idman, sənaye, media və bir çox digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətinə diqqət çəkilib.
BAKI, 20 sentyabr — Sputnik. BRİCS-ə üzv ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) mövcud beynəlxalq şəraitdə siyasi etimadı gücləndirməli və dialoqu davam etdirməlidir. Bunu çərşənbə axşamı Pekində keçirilən 2022-ci il BRİCS Qardaş Şəhərlər və Yerli Hökumət Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi komitəsinin sədr müavini Şen Yueyue söyləyib.
"Qlobal iqtisadi böhranla bağlı mürəkkəb beynəlxalq vəziyyət və çağırışlar qarşısında biz siyasi etimadı daha da möhkəmləndirməli, tərəflərin qarşılıqlı maraqlarının və qayğılarının nəzərə alınması əsasında qarşılıqlı dəstəyi gücləndirməli, həmçinin, qarşıdurmanı deyil, əsl multilateralizmi möhkəmləndirməli, dialoqu dəstəkləməliyik", - deyə o, qlobal çağırışlara və təhdidlərə qarşı birgə mübarizə aparmağın zəruriliyini də qeyd edib.
Bununla əlaqədar olaraq, Şen Yueyue qardaşlaşmış şəhərlərin və BRİCS ölkələrinin yerli hökumətlərinin ticarət, elm və texnologiya, mədəniyyət, idman, sənaye, media və bir çox digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib.
Eyni zamanda, o qeyd edib ki, onlar sülh, azadlıq, ədalət, inkişaf və demokratiyaya əsaslanan ümumbəşəri dəyərləri təbliğ etməlidirlər.
BRİCS-in Qardaş Şəhərlər Forumu 2011-ci ildən keçirilir. Birlik ölkələrinin regional əməkdaşlığının möhkəmləndirilməsi məsələləri ənənəvi olaraq bu meydançanın diqqət mərkəzindədir. Forum bu il Syamen şəhərində (Şərqi Fujian əyaləti) keçirilməli idi, lakin son anda epidemioloji vəziyyətin dəyişməsi ilə əlaqədar onun əsas meydançası Pekinə köçürülüb.
Xəbər lenti
0