https://sputnik.az/20220920/azerkosmos-anlasma-memorandumu-imzalayib-446262010.html
"Azərkosmos" Anlaşma Memorandumu imzalayıb
"Azərkosmos" Anlaşma Memorandumu imzalayıb
Sputnik Azərbaycan
Sənəd iki qurumun beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol... 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T12:21+0400
2022-09-20T12:21+0400
2022-09-20T12:21+0400
azərkosmos
cəmiyyət
memorandum
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434587942_0:59:1128:694_1920x0_80_0_0_840cb6a2f7cc478ac107e9767a7f1c99.jpg
BAKI, 20 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb.İmzalanma mərasimi Fransanın paytaxtı Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub.Memorandum Yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.Sənəd iki qurumun beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib.2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb."Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" yaradılıb."Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434587942_63:0:1066:752_1920x0_80_0_0_84f33d0b1d5cfde9d0f393ab6b169e28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərkosmos, memorandum
"Azərkosmos" Anlaşma Memorandumu imzalayıb
Sənəd iki qurumun beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.
BAKI, 20 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb.
İmzalanma mərasimi Fransanın paytaxtı Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub.
Memorandum Yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.
Sənəd iki qurumun beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib.
2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb.
"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" yaradılıb.
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.