Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda pambığın kombaynlarla kütləvi yığımı başlayır

© AFP 2023 / EVARISTO SAPambıq yığımı, arxiv şəkli
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Hazırda respublikada 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi mövcuddur. Bu isə pambığın kombaynlar vasitəsilə vaxtında və itkisiz yığımını təşkil etməyə tam imkan verir.
BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda pambığın mexaniki üsulla kütləvi yığımına yaxın günlərdə start veriləcək. Hazırda respublikada 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi mövcuddur
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu il pambıq əkinləri üçün sahələrin şumlanması, səpin, becərmə, aqrotexniki qulluq işlərinin aparılmasında texnika ilə təminatda heç bir çətinlik yaşanmayıb.
Bu işlərin həyata keçirilməsində pambıqçılıq şirkətlərində və "Aqroservis" ASC-də işlək vəziyyətdə olan 9.5 min ədədə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarından, o cümlədən 1878 ədəd traktor, 1320 ədəd çiyidsəpən, 1140 ədəd kultivator, 650 ədəd çiləyici, 255 ədəd gübrəsəpən və digər texnikalardan istifadə edilib.
Normativə əsasən, 100 min hektar pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması, məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Hazırda respublikada 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi mövcuddur. Bu isə pambığın kombaynlar vasitəsilə vaxtın və itkisiz yığımını təşkil etməyə tam imkan verir.
Bu il sahələrdə 7 pambıq sortu əkilib
Bu il pambıqçılıqda keyfiyyətli toxumdan istifadə məsələsi xüsusi diqqətdə saxlanıb. Təkrar səpin də daxil olmaqla, sahələrə 31 min 874 ton toxum səpilib, bunun 2 min 829 tonu lifsiz, 355 tonu lifli toxumlardır. Ümumilikdə bu il sahələrdə 7 pambıq sortunun əkini həyata keçirilib.
2022-ci il üzrə pambıqçılıqla bağlı işlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan və bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı realizə olunub. Plana əsasən, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icra prosesinin monitorinqi həyata keçirilib.
Bölgələrdə kütləvi pambıq yığımına hazırlıq gedir
Qeyd edək ki, bölgələrdə kütləvi pambıq yığımına hazırlıq gedir. Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına son hazırlıq işlərini dəyərləndirmək məqsədilə bölgələrdə regional müşavirələr keçirir. Sabirabad, İmişli, Salyan və Bərdə rayonlarında keçirilən regional müşavirələrdə ümumilikdə 1000-dən artıq fermer iştirak edib.
Xam pambığın alış qiyməti cari ildə ikinci dəfə artırılıb
Xatırladaq ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıq şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı xam pambığın alış qiyməti cari ildə ikinci dəfə artırılıb. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 AZN, 2-ci növ üçün 780 AZN, 3-cü növ üçün 740 AZN, 4-cü növ üçün 700 AZN müəyyən edilib.
2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdilər.
Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.
Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib
Azərbaycanda 2021-ci ildə pambığın əkin sahəsi 100.6 min hektar olub. Əkin sahəsi 2015-ci ilə nisbətən 5,4 dəfə, 2020-ci ilə nisbətən isə 0,3% artıb. 2021-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 8,1 dəfə artıb, 2020-ci ilə nisbətən isə 14,9% azalaraq 286,7 min ton olub.
Pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,5 dəfə artıb, 2020-ci ilə nisbətən isə 15,2% azalıb.
Xəbər lenti
0