https://sputnik.az/20220920/azerbaycanda-onkoloji-xestelerin-sayi-aciqlanib-446280596.html
Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
Sputnik Azərbaycan
Milli Məclisin Səhiyyə komitəsinin üzvü bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı... 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T16:58+0400
2022-09-20T16:58+0400
2022-09-20T16:58+0400
cəmiyyət
azərbaycan
milli məclis
onkoloji xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42247/26/422472662_0:129:3073:1857_1920x0_80_0_0_ef76f3c1a0620f050c86dd7de6b55df9.jpg
BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb". Bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur:"Onkoloji xəstələrin müalicəsi üçün vəsaitin artırılmasına ehtiyac var. Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır. Bu problemlə bağlı seçicilər tərəfindən olan müraciətlərin sayında da artımlar var".Qeyd edək ki, Prezident İlham Əliyev "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.Belə ki, "Onkoloji yardım haqqında" qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var.Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42247/26/422472662_96:0:2827:2048_1920x0_80_0_0_4b1b07d0137abbac86f30d3ce94d2e8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, milli məclis, onkoloji xəstəlik
azərbaycan, milli məclis, onkoloji xəstəlik
Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
Milli Məclisin Səhiyyə komitəsinin üzvü bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.
BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb". Bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur:
"Onkoloji xəstələrin müalicəsi üçün vəsaitin artırılmasına ehtiyac var. Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır. Bu problemlə bağlı seçicilər tərəfindən olan müraciətlərin sayında da artımlar var".
Qeyd edək ki, Prezident İlham Əliyev "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.
Belə ki, "Onkoloji yardım haqqında" qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var.
Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.