DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-də çörəyin qiyməti kəskin artıb

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidÇörək, arxiv şəkli
Çörək, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Qiymət artımı Avropa ölkələrində 10 faizə çatan inflyasiyanı üstələyib.
BAKI, 20 sentyabr — Sputnik. Avropa Birliyi ölkələrində çörək heç vaxt indiki qədər baha olmayıb. Belə ki, cari ilin avqust ayında ötən illə müqayisədə orta hesabla 18 faiz artım olub. Bu barədə Avropa statistika agentliyi - "Eurostat"ın məlumatında qeyd edilir.
Məlumatda qeyd olunur ki, çörək ən çox Macarıstanda bahalaşıb - 60 faiz. Ən az bahalaşma isə Fransada olub - 10 faiz. Belçikada isə çörəyin qiymətinin 13 faiz artdığı bildirilir.
"Eurostat"da inflyasiyanın səbəbi kimi Ukraynadakı vəziyyət, bu ölkənin taxılının qıtlığı və enerji böhranı göstərilir. Bildirilir ki, Aİ-də çörəyin qiymətindəki artım avqust ayında 10 faizə yüksələn inflyasiyanı keçib.
Xəbər lenti
0