DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp almanlara xəbərdarlıq etdi: Tezliklə ölkəsiz qala bilərsiz

© AP Photo / John RaouxTramp
Tramp  - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
ABŞ-ın eks-prezidenti almanlara Rusiyadan qaz tədarükünün azalması səbəbindən ölkələrini itirmək riski ilə bağlı xəbərdarlıq edib.
BAKI, 19 sentyabr — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ohayoda öz tərəfdarlarının mitinqində Qərbin Rusiyaya qarşı sanksiyalarının Almaniya xalqı üçün necə nəticələnəcəyindən danışıb. O, almanlara xəbərdarlıq edib ki, Rusiya qazının tədarükünün azalması səbəbindən onlar nəticədə ölkəni itirmək riski ilə üzləşəcəklər. Bu barədə RİA Novosti bildirir.
ABŞ-ın keçmiş lideri bunun baş verə biləcəyini Almaniyaya çoxdan söylədiyini vurğulayıb. Tramp həmçinin o vaxt Almaniyanın kansleri Angela Merkelə Rusiyaya "təslim olmaq" üçün göndərdiyi ağ bayraqdan istifadə etdiyini də qeyd edib.
"Mən ona bayraq göndərdim. Ancaq o, "Donald, Donald, niyə bu bayrağı mənə göndərdin" deyə soruşanda, mən ona ... "enerji daşıyıcılarınızın 72 faizini Rusiyadan alırsınızsa, onda sizə ağ bayraq lazım olacaq, çünki çox tez təslim olacaqsınız" dedim. Kimin ağlına gələrdi ki, bütün bunlar bu qədər tez baş verəcək", - deyə eks ABŞ lideri qeyd edib.
Trampın sözlərinə görə, o zaman almanlar onun sözlərini ciddi qəbul etməyərək ona gülürdülər. Ancaq indi bütün bunlar onlara əyləncəli gəlmir. Keçmiş lider qeyd edib ki, Almaniya məsələn, kömür kimi "köhnə şeylərə" qayıtmağa məcburdur, çünki onun başqa yolu yoxdur.
ABŞ-ın 45-ci prezidenti deyib: "Onların ölkəsi olmayacaq, ölkələri qalmayacaq".
Enerji böhranı
Arkanzas ştatından olan respublikaçı senator Tom Kotton bildirib ki, ABŞ Prezidenti Co Baydenin milli enerji ilə bağlı mübarizəsi dövlətin təhlükəsizliyini zəiflədir və eyni zamanda onu Çindən asılı vəziyyətə salır. O, dövlət başçısının apardığı siyasəti uğursuz adlandırıb və bunun ölkə üçün təhlükəli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. Senator həmçinin Qərb ölkələrinin enerji böhranı fonunda Rusiya və Çin arasında əməkdaşlığın gücləndirilməsinin mümkünlüyünü də etiraf edib.
Fransanın "Le Figaro" qəzetinin oxucuları Rusiyadan Çinə "Sibirin Gücü-2" qaz boru kəmərinin inşasını Avropanın məğlubiyyəti ilə müqayisə edərək, Rusiya qazını tamamilə itirə biləcəklərindən qorxublar. Onlardan bəziləri Qərb dövlətlərinin Rusiya ilə münasibətləri normallaşdıra bildikləri halda, "qaz məsələsinə son qoymaq" məcburiyyətində qalacaqları fikrini də ifadə ediblər.
Əhalinin narazılığı
"Wall Street Journal" nəşri yazır ki, Almaniyada enerji daşıyıcıları ilə böhran vəziyyətinə baxmayaraq, ölkə vətəndaşları biznes və müəssisələrdən fərqli olaraq qaza qənaət etməyə çalışmırlar. Nəşr qeyd edir ki, əgər bu məsələdə ciddi dəyişiklik olmasa, qışda ölkədə böyük problemlər yaranacaq.
Lakin təkcə almanlar bütün bunlardan narazı qalmırlar. Vyanada minlərlə avstriyalı inflyasiyanın sürətli tempinə və qiymət artımına qarşı etiraz aksiyası keçirib. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələrindən əziyyət çəkən respublika sakinləri hökumətin siyasətində dəyişiklik edilməsini və əhalinin sosial hüquqlarının təminatlarını tələb edirlər.
"Biz mütəmadi olaraq mağazaya gedirik və qiymətlərin nə qədər sürətlə artdığını görməyə bilmirik. Bu, hökumət üçün biabırçılıqdır. Maaşlarımız artmır, hakimiyyət isə təqaüdçülərə 100 avro paylayacaqlarını vəd edərək inflyasiya ilə mübarizə apardıqlarını iddia edirlər", - deyə mitinq iştirakçısı qeyd edib.
Xəbər lenti
0