https://sputnik.az/20220919/qirgizistan-tehlukesizlik-surasinin-katibi-toqqusma-zonasindaki-son-veziyyeti-aciqladi-446239781.html
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi toqquşma zonasındakı son vəziyyəti açıqladı
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi toqquşma zonasındakı son vəziyyəti açıqladı
Sputnik Azərbaycan
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib ki, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin... 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T19:35+0400
2022-09-19T19:35+0400
2022-09-19T19:35+0400
qırğızıstan
dünya xəbərləri
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426824864_0:0:3000:1688_1920x0_80_0_0_00b546d16afa873b156d439b4660f3eb.jpg
BAKI, 19 sentyabr — Sputnik. Qırğızıstanın Tacikistanla sərhədində vəziyyət gərgin olaraq qalır, təxliyə edilən vətəndaşlar hələ də müvəqqəti dislokasiya yerlərindədir. Bunu Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında bildirib."Hazırda atəşkəs rejiminin qorunub saxlanmasına baxmayaraq, vəziyyət gərgin olaraq qalır. Təxliyə edilmiş bütün vətəndaşlarımız müvəqqəti dislokasiya yerlərində qalırlar", - o deyib.İmankulovun sözlərinə görə, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin nümayəndələri daim təmasdadırlar.Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.
https://sputnik.az/20220918/putin-qirgizistan-ve-tacikistan-liderlerine-zeng-vuraraq-yardim-teklif-edib--446199239.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426824864_492:0:3000:1881_1920x0_80_0_0_011232d9e93f373e27e97c0c4c2c67f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, tacikistan
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi toqquşma zonasındakı son vəziyyəti açıqladı
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib ki, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin nümayəndələri daim təmasdadırlar.
BAKI, 19 sentyabr — Sputnik. Qırğızıstanın Tacikistanla sərhədində vəziyyət gərgin olaraq qalır, təxliyə edilən vətəndaşlar hələ də müvəqqəti dislokasiya yerlərindədir. Bunu Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında bildirib.
"Hazırda atəşkəs rejiminin qorunub saxlanmasına baxmayaraq, vəziyyət gərgin olaraq qalır. Təxliyə edilmiş bütün vətəndaşlarımız müvəqqəti dislokasiya yerlərində qalırlar", - o deyib.
İmankulovun sözlərinə görə, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin nümayəndələri daim təmasdadırlar.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.
Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.