Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Özbəkistanda “Azərbaycan kinosu günləri” keçirilib

Kinoteatr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Kino günləri çərçivəsində İlqar Nəcəfin "Suğra və oğulları" bədii, Ayaz Salayevin "Torpaq" sənədli filmi nümayiş etdirilib
BAKI, 19 sentyabr — Sputnik. XIV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində MDB ölkələrinin kinostudiya rəhbərlərinin növbəti görüşü keçirilib.
"Azərbaycanfilm" kinostudiyasından verilən məlumata görə, görüşdə "Kino Təşkilatlarının Beynəlxalq Yaradıcılıq Birliyi" adlı qurumun yaradılması, onun nizamnaməsi, strukturu, təqvim planı, həmçinin kinostudiyaların "Qızıl kolleksiyası"na daxil olan filmlərin nümayişlərinin təşkili məsələləri müzakirə olunub.
Birliyin məqsədi kino sənayesinin birgə inkişafı, kinematoqrafiya sahəsində mədəni irsin qorunub saxlanılması və dəstəklənməsi, eləcə də kinematoqrafiya vasitəsilə milli mədəniyyətlərin müasir təmsil formalarının inkişafının hərtərəfli təşviqidir.
Tədbirdə ölkəmizi "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov təmsil edib. Direktorların dünya şöhrətli kinorejissor, prodüser Kşiştof Zanussi ilə görüşü baş tutub.
Xatırladaq ki, sentyabrın 13-dən 18-dək keçirilən festivalda 40 ölkədən 500-dən çox kinematoqrafçı iştirak edib. Festival çərçivəsində 150 bədii, sənədli və qısametrajlı film nümayiş etdirilib. Həmçinin Buxara və Daşkənd şəhərlərində "Azərbaycan kinosu günləri" keçirilib. Kino günləri çərçivəsində İlqar Nəcəfin "Suğra və oğulları" bədii, Ayaz Salayevin "Torpaq" sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, festivalın münsiflər heyətində beynəlxalq kino festivallarının rəhbərləri, görkəmli kino xadimləri yer alıblar. "Azərbaycanfilm" kinostudiyasının Ekspert Şurasının sədri, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev münsiflər heyətinin üzvü olub.
Xəbər lenti
0