https://sputnik.az/20220919/mtahana-getmeyen-muellimlerin-baslica-arqumentleri-nedir-ekspertler-aci-heqiqetler-haqda-446193000.html
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? Ekspertlər acı həqiqətlər haqda
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? Ekspertlər acı həqiqətlər haqda
Sputnik Azərbaycan
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikrincə, 6-10 saat dərs üçün müəllim niyə Bakıdan rayona getməlidir? 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T09:32+0400
2022-09-19T09:32+0400
2022-09-19T09:32+0400
müəllim
təhsil
müəllimlərin işə qəbulu
müəllimlərin işə qəbulu üzrə müsabiqə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985194_595:420:2835:1680_1920x0_80_0_0_0f1ccc49d7ea8a7a929520f42c2f5738.jpg
BAKI, 19 sentyabr — Sputnik. 6-10 saat dərs üçün müəllim niyə Bakıdan rayona getməlidir? Müəllimlərin MİQ imtahanının test imtahan mərhələsində iştirak etməməsinin səbəblərindən biri də budur.Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi on min namizədin Müəllimlərin İşə Qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməməsinə münasibət bildirərkən deyib.On mindən artıq şəxsin növbəti mərhələdə iştirak etməməsinin səbəbi daha dərin imişEkspert müəllimlərin bu mərhələdə iştirakdan imtina etməsinin əsas səbəblərini də açıqlayıb. Bildirib ki, hər il imtahan verən 50-60 min nəfərin tən yarısı müsabiqə şərtini ödəyir: "Bu şəxslər imtahan versə də, vakant yer tapa bilmirlər. Yəni, vakant yer olaraq təxminən 8 min yerin elan olunması nəticəsində yenə də namizədlərin böyük hissəsi kənarda qalmış olur".Vakant yerlər gizlədilirTəhsil ekspertinin sözlərinə gröə, bunun əsas səbəbi bəzi direktorların hər il vakant yerləri gizlətməsidir: "4440-dan artıq orta ümumtəhsil müəssisəsi var, məktəblərdə yoxlama aparsaq, hərəsində 5-6 vakant yer aşkarlaya bilərik. Hər məktəb üzrə təsəvvür edin ki, bu nə deməkdir. Belə olduğu halda 25 min nəfərin azı 20 mini işlə təmin olunacaq. Lakin təəssüf ki, bugünkü reallıq başqadır".Namizədlərin test imtahan mərhələsindən imtina etməsinin digər səbəbi vakant yerlər üzrə dərs saatı ilə bağlıdırE.Əfəndi qeyd edir ki, elan olunan vakant yerlər üzrə dərs saatları çox az olması da növbəti mərhələdə iştirakdan imtinaya səbəb olan amillərdəndir: "Yalnız Bakı məktəblərinə, Bakı ətrafına axınlar var, halbuki vakant yerlərin çoxu respublikanın müxtəlif bölgələrində yerləşir. Düşünürəm ki, rayonlara axını təmin etmək, buradakı vakant yerlərin dolması üçün də həvəsləndirici addımlar atılmalıdır. Müəllim niyə 6-10 saatdan ötrü rayona getməlidir? Belə müəllimlərin əmək haqlarını bir qədər də artıq etməliyik. Bu amillər nəzərə alınarsa, bölgələrə də axın olar. Nə üçün bölgələrdə vakant yerlər boş qalmalı, coğrafiya fənnini idman, yaxud da musiqi müəllimi tədris etməlidir?".Ekspertin fikrincə, bu problemin yaratdığı ağır nəticələrdən biri budur ki, repsublikanın müxtəlif bölgələri, xüsusən də ucqar kəndlərində coğrafiya fənni tədris olunmur. Direktor əlacsız qalıb dərs saatını bədən tərbiyəsi, yaxud da musiqi müəlliminə verir. "Bu çox acınacaqlı faktdır. Fransız dili müəlliminin də Azərbaycan dilindən dərs tədris etməsi acınacaqlıdır. Elm və Təhsil Nazirliyi konkret olaraq bu istiqamətdə iş aparmalıdır", - deyə o, əlavə edib.Müəllimlərin növbəti mərhələdən imtina etməməsi, təhsilin əlçatan olması üçün nələr edilməlidir?Bölgələrdən Bakıya axın nəticəsində Abşeron rayonunun Bakıya yaxın hissəsi və paytaxtın bir sıra rayonlarında şagird və əhali sıxlığı məktəblərdə təhsil ala bilməyənlərin sayının artmasına səbəb olur. Ekspert təklif edir ki, daha çox vakant yer üçün yeni məktəblər tikilsin və siniflər bölünsün: "Təsəvvür edin, Hökməli, Güzdək, Atyalı adlanan ərazilərdə, Nübar qəsəbəsində yaşayanların övladları təhsildən kənar qalıblar. Bunun da səbəbi həmin ərazilərdə orta ümumtəhsil məktəbinin olmaması, məktəbin tikilməməsidir. Valideynlər məcbur qalaraq övladlarını Xırdalana aparırlar".E.Əfəndinin fikrincə, 54 şagirdi bir sinifə doldurub ora cəmi 6 müəllim təyin etməkdənsə, bunu 2 yaxud 3 sinifə bölərək 18 müəllimi işlə təmin etmək yaxşıdır. "Regionlarda əhali sayı nəzərə alınaraq məktəblər tikilməlidir. Ucqar rayonlarda modul tipli məktəblər tikiilirsə, ETN niyə Bakıətrafı rayon və qəsəbələrdə bu məktəb tikintisini həyata keçirmir? Düşünürəm ki, nazirlik yeni adının ağırlığını, çəkisini qəbul edərək müvafiq istiqamətlərdə işlər görməlidir", - deyə o əlavə edib. Problemin başqa cür həlli yolu da varEkspert qeyd edir ki, ya sadalanan yollarla müəllimləri məmnun etmək lazımdır, ya da tamamilə fərqli addımlar atılmalıdır: "Təsəvvür edin hər il pedaqoji təhsil alan 6-7 min şəxs əmək bazarına daxil olur. Bu qədər şəxsi əmək bazarına çıxarıb onları işlə təmin edə bilmiriksə, nə üçün pedaqoji ixtisaslar üzrə plan yerlərini artırırıq? Ya plan yerlərini azaltmaq lazımdır, ya da ki onların işlə təmin olunmasını nəzərə alıb daha çox məktəb tikməliyik".Təhsil üzrə digər ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə, hər il 60 minədək şəxs MİQ imtahanına sənəd verir: "Apardığımız hesablamalara görə, imtahanın növbəti mərhələsində iştirak etməyənlərin yarıdan çoxu hazırda da müəllim olaraq işləyənlərdir. Namizədlərin belə addım atmasının da müxtəlif səbəbləri var".O qeyd edir ki, on min namizədin müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməməsinin səbəbi sertifikasiyaya hazırlıq, yerdəyişmə və saurlə də bağlı ola bilər. Çünki MİQ imtahanlarında müvafiq bal toplayanların da bir çoxu istədikləri məktəbə düşə bilmədiklərindən növbəti mərhələdə iştirak etmirlər: "Yəni bu qədər namizədin imtahanın növbəti mərhələsində iştirakdan imtinası onların bilik və bacarıqlarının aşağı olması anlamına gəlməməlidir".Digər təhsil eksperti Kamran Əsədov isə bildirir ki, birinci mərhələdə müsabiqə şərtini ödəyənlərin ikinci mərhələdə iştirak etməməsinin səbəbi vakant yerlərlə bağlıdır: "Hazırda ən böyük problem vakant yerlərin sayı ilə bağlıdır. Çünki birinci mərhələdə daha çox bölgələr və kənar yerlərdən vakansiyalar çıxarılırsa, sonrakı mərhələlərdə daha çox mərkəzdə yerləşən məktəblərlə bağlı vakant yerlər çıxarılır. Bu səbəbdən də müəllimlər növbəti mərhələdə iştirakdan imtina edirlər. Buna görə də müəllimlər haqlıdırlar".Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, 10 000 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib. O bir neçə ildir ki, bu halın müşahidə olunduğunu, lakin real səbəblərin nə olduğunu bilmədiklərini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985194_537:556:2527:2048_1920x0_80_0_0_0fd90482bcbc10768b32c531fc9ce4e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, müəllimlərin işə qəbulu, müəllimlərin işə qəbulu üzrə müsabiqə
müəllim, müəllimlərin işə qəbulu, müəllimlərin işə qəbulu üzrə müsabiqə
İmtahana getməyən müəllimlərin başlıca arqumentləri nədir? Ekspertlər acı həqiqətlər haqda
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikrincə, 6-10 saat dərs üçün müəllim niyə Bakıdan rayona getməlidir?
BAKI, 19 sentyabr — Sputnik. 6-10 saat dərs üçün müəllim niyə Bakıdan rayona getməlidir? Müəllimlərin MİQ imtahanının test imtahan mərhələsində iştirak etməməsinin səbəblərindən biri də budur.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi on min namizədin Müəllimlərin İşə Qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməməsinə münasibət bildirərkən deyib.
On mindən artıq şəxsin növbəti mərhələdə iştirak etməməsinin səbəbi daha dərin imiş
Ekspert müəllimlərin bu mərhələdə iştirakdan imtina etməsinin əsas səbəblərini də açıqlayıb. Bildirib ki, hər il imtahan verən 50-60 min nəfərin tən yarısı müsabiqə şərtini ödəyir:
"Bu şəxslər imtahan versə də, vakant yer tapa bilmirlər. Yəni, vakant yer olaraq təxminən 8 min yerin elan olunması nəticəsində yenə də namizədlərin böyük hissəsi kənarda qalmış olur".
Təhsil ekspertinin sözlərinə gröə, bunun əsas səbəbi bəzi direktorların hər il vakant yerləri gizlətməsidir:
"4440-dan artıq orta ümumtəhsil müəssisəsi var, məktəblərdə yoxlama aparsaq, hərəsində 5-6 vakant yer aşkarlaya bilərik. Hər məktəb üzrə təsəvvür edin ki, bu nə deməkdir. Belə olduğu halda 25 min nəfərin azı 20 mini işlə təmin olunacaq. Lakin təəssüf ki, bugünkü reallıq başqadır".
Namizədlərin test imtahan mərhələsindən imtina etməsinin digər səbəbi vakant yerlər üzrə dərs saatı ilə bağlıdır
E.Əfəndi qeyd edir ki, elan olunan vakant yerlər üzrə dərs saatları çox az olması da növbəti mərhələdə iştirakdan imtinaya səbəb olan amillərdəndir:
"Yalnız Bakı məktəblərinə, Bakı ətrafına axınlar var, halbuki vakant yerlərin çoxu respublikanın müxtəlif bölgələrində yerləşir. Düşünürəm ki, rayonlara axını təmin etmək, buradakı vakant yerlərin dolması üçün də həvəsləndirici addımlar atılmalıdır. Müəllim niyə 6-10 saatdan ötrü rayona getməlidir? Belə müəllimlərin əmək haqlarını bir qədər də artıq etməliyik. Bu amillər nəzərə alınarsa, bölgələrə də axın olar. Nə üçün bölgələrdə vakant yerlər boş qalmalı, coğrafiya fənnini idman, yaxud da musiqi müəllimi tədris etməlidir?".
Ekspertin fikrincə, bu problemin yaratdığı ağır nəticələrdən biri budur ki, repsublikanın müxtəlif bölgələri, xüsusən də ucqar kəndlərində coğrafiya fənni tədris olunmur. Direktor əlacsız qalıb dərs saatını bədən tərbiyəsi, yaxud da musiqi müəlliminə verir.
"Bu çox acınacaqlı faktdır. Fransız dili müəlliminin də Azərbaycan dilindən dərs tədris etməsi acınacaqlıdır. Elm və Təhsil Nazirliyi konkret olaraq bu istiqamətdə iş aparmalıdır", - deyə o, əlavə edib.
Müəllimlərin növbəti mərhələdən imtina etməməsi, təhsilin əlçatan olması üçün nələr edilməlidir?
Bölgələrdən Bakıya axın nəticəsində Abşeron rayonunun Bakıya yaxın hissəsi və paytaxtın bir sıra rayonlarında şagird və əhali sıxlığı məktəblərdə təhsil ala bilməyənlərin sayının artmasına səbəb olur. Ekspert təklif edir ki, daha çox vakant yer üçün yeni məktəblər tikilsin və siniflər bölünsün:
"Təsəvvür edin, Hökməli, Güzdək, Atyalı adlanan ərazilərdə, Nübar qəsəbəsində yaşayanların övladları təhsildən kənar qalıblar. Bunun da səbəbi həmin ərazilərdə orta ümumtəhsil məktəbinin olmaması, məktəbin tikilməməsidir. Valideynlər məcbur qalaraq övladlarını Xırdalana aparırlar".
E.Əfəndinin fikrincə, 54 şagirdi bir sinifə doldurub ora cəmi 6 müəllim təyin etməkdənsə, bunu 2 yaxud 3 sinifə bölərək 18 müəllimi işlə təmin etmək yaxşıdır.
"Regionlarda əhali sayı nəzərə alınaraq məktəblər tikilməlidir. Ucqar rayonlarda modul tipli məktəblər tikiilirsə, ETN niyə Bakıətrafı rayon və qəsəbələrdə bu məktəb tikintisini həyata keçirmir? Düşünürəm ki, nazirlik yeni adının ağırlığını, çəkisini qəbul edərək müvafiq istiqamətlərdə işlər görməlidir", - deyə o əlavə edib.
Problemin başqa cür həlli yolu da var
Ekspert qeyd edir ki, ya sadalanan yollarla müəllimləri məmnun etmək lazımdır, ya da tamamilə fərqli addımlar atılmalıdır:
"Təsəvvür edin hər il pedaqoji təhsil alan 6-7 min şəxs əmək bazarına daxil olur. Bu qədər şəxsi əmək bazarına çıxarıb onları işlə təmin edə bilmiriksə, nə üçün pedaqoji ixtisaslar üzrə plan yerlərini artırırıq? Ya plan yerlərini azaltmaq lazımdır, ya da ki onların işlə təmin olunmasını nəzərə alıb daha çox məktəb tikməliyik".
Təhsil üzrə digər ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə, hər il 60 minədək şəxs MİQ imtahanına sənəd verir:
"Apardığımız hesablamalara görə, imtahanın növbəti mərhələsində iştirak etməyənlərin yarıdan çoxu hazırda da müəllim olaraq işləyənlərdir. Namizədlərin belə addım atmasının da müxtəlif səbəbləri var".
O qeyd edir ki, on min namizədin müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməməsinin səbəbi sertifikasiyaya hazırlıq, yerdəyişmə və saurlə də bağlı ola bilər. Çünki MİQ imtahanlarında müvafiq bal toplayanların da bir çoxu istədikləri məktəbə düşə bilmədiklərindən növbəti mərhələdə iştirak etmirlər:
"Yəni bu qədər namizədin imtahanın növbəti mərhələsində iştirakdan imtinası onların bilik və bacarıqlarının aşağı olması anlamına gəlməməlidir".
Digər təhsil eksperti Kamran Əsədov isə bildirir ki, birinci mərhələdə müsabiqə şərtini ödəyənlərin ikinci mərhələdə iştirak etməməsinin səbəbi vakant yerlərlə bağlıdır:
"Hazırda ən böyük problem vakant yerlərin sayı ilə bağlıdır. Çünki birinci mərhələdə daha çox bölgələr və kənar yerlərdən vakansiyalar çıxarılırsa, sonrakı mərhələlərdə daha çox mərkəzdə yerləşən məktəblərlə bağlı vakant yerlər çıxarılır. Bu səbəbdən də müəllimlər növbəti mərhələdə iştirakdan imtina edirlər. Buna görə də müəllimlər haqlıdırlar".
Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, 10 000 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib. O bir neçə ildir ki, bu halın müşahidə olunduğunu, lakin real səbəblərin nə olduğunu bilmədiklərini vurğulayıb.