https://sputnik.az/20220917/ktmt-hele-qilincini-qinindan-cixarmir---anatoli-sidorov--446186139.html
KTMT ölkələr arasındakı gərginliyi sülh yolu ilə həll etməyə çalışır - Anatoli Sidorov
KTMT ölkələr arasındakı gərginliyi sülh yolu ilə həll etməyə çalışır - Anatoli Sidorov
Sputnik Azərbaycan
General bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsində münaqişələrin həllində siyasi və diplomatik üsullara üstünlük verilməsi qeyd olunub. 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T20:06+0400
2022-09-17T20:06+0400
2022-09-17T20:11+0400
ktmt
ermənistan
azərbaycan
qırğızıstan
tacikistan
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446186548_0:0:3071:1728_1920x0_80_0_0_c981d54337a5301ed91773cc03c2a2eb.jpg
BAKI, 17 sentyabr - Sputnik. KTMT “hələ qılıncını qınından çıxarmır” və Ermənistanla Azərbaycan, eləcə də Qırğızıstan və Tacikistan sərhədlərində gərginliyin kəskinləşməsini sülh yolu ilə həll etməyə çalışır. Bu barədə jurnalistlərə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirib.Onun sözlərinə görə, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Tacikistan-Qırğızıstan sərhədində KTMT üçün xoşagəlməz vəziyyət yaranıb.“Eyni zamanda bizim nizamnaməmizdə də, sənədlərimizdə də, Kollektiv Təhlükəsizlik Müqavilənin özündə də yazılıb ki, siyasi və diplomatik üsullara üstünlük verilir. Ona görə də hələlik biz heç bir qılıncı qınından çıxartmırıq və məsələləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”, - deyə o bildirib.Xatırladaq ki, KTMT növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib.Ermənistana ezam olunmuş missiyanın qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq. Bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - deyə KTMT-nin qərargahından bildirilib.O da bildirilib ki, qyrı-ayrı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi ilə bağlı tədbirlər, o cümlədən bir sıra işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446186548_203:0:2934:2048_1920x0_80_0_0_8f60a4c9bcc02ff43abf2ad8f527823a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, ermənistan, azərbaycan, qırğızıstan, tacikistan
ktmt, ermənistan, azərbaycan, qırğızıstan, tacikistan
KTMT ölkələr arasındakı gərginliyi sülh yolu ilə həll etməyə çalışır - Anatoli Sidorov
20:06 17.09.2022 (Yenilənib: 20:11 17.09.2022) General bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsində münaqişələrin həllində siyasi və diplomatik üsullara üstünlük verilməsi qeyd olunub.
BAKI, 17 sentyabr - Sputnik. KTMT “hələ qılıncını qınından çıxarmır” və Ermənistanla Azərbaycan, eləcə də Qırğızıstan və Tacikistan sərhədlərində gərginliyin kəskinləşməsini sülh yolu ilə həll etməyə çalışır. Bu barədə jurnalistlərə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Tacikistan-Qırğızıstan sərhədində KTMT üçün xoşagəlməz vəziyyət yaranıb.
“Eyni zamanda bizim nizamnaməmizdə də, sənədlərimizdə də, Kollektiv Təhlükəsizlik Müqavilənin özündə də yazılıb ki, siyasi və diplomatik üsullara üstünlük verilir. Ona görə də hələlik biz heç bir qılıncı qınından çıxartmırıq və məsələləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”, - deyə o bildirib.
Xatırladaq ki, KTMT növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib.
Ermənistana ezam olunmuş missiyanın qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq. Bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.
“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - deyə KTMT-nin qərargahından bildirilib.
O da bildirilib ki, qyrı-ayrı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi ilə bağlı tədbirlər, o cümlədən bir sıra işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.