https://sputnik.az/20220919/kend-teserrufati-teyinatli-torpaqlarin-mueyyen-edilmesi-meyarlari-ve-qaydasi-tesdiqlenib-446220421.html
Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiqlənib
Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiqlənib
Sputnik Azərbaycan
Nazirlər Kabinetinin yeni qərarı ilə “Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T12:34+0400
2022-09-19T12:34+0400
2022-09-19T12:34+0400
kənd təsərrüfatı
iqtisadiyyat
nazirlər kabineti
qərar
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212454_0:0:3101:1745_1920x0_80_0_0_65c467f44349e5e9da468b531bc7b2eb.jpg
BAKI, 19 sentyabr — Sputnik. "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib.Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Bu qərarla Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları, eləcə də təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi qaydası, həmçinin bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) arasında məlumatların mübadiləsi ilə bağlı məsələlər tənzimlənir.Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən müəyyən olunur və həmin torpaqlar Torpaq Məcəllənin 13-cü maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.Yeni qaydaya əsasən, "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi də yaradılacaq.Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:- torpaqların bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması və yaxud dincə qoyulması;- torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi;- torpaqların meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) altında olması;- torpaqlardan kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədlərinə istifadə edilməsi üçün nəzərdə tutulan müvafiq ekoloji və texniki tələblərə uyğun quraşdırılmış kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların altında olması.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440212454_0:0:2731:2048_1920x0_80_0_0_e005f34981804e6971a5459e6a685996.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd təsərrüfatı, nazirlər kabineti, qərar
kənd təsərrüfatı, nazirlər kabineti, qərar
Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydası təsdiqlənib
Nazirlər Kabinetinin yeni qərarı ilə “Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq
BAKI, 19 sentyabr — Sputnik. "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qərarla Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları, eləcə də təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi qaydası, həmçinin bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) arasında məlumatların mübadiləsi ilə bağlı məsələlər tənzimlənir.
Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən müəyyən olunur və həmin torpaqlar Torpaq Məcəllənin 13-cü maddəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
Yeni qaydaya əsasən, "Kənd təsərrüfatı torpaqlarının istifadəsi" altsistemi də yaradılacaq.
Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:
- torpaqların bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması və yaxud dincə qoyulması;
- torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi;
- torpaqların meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) altında olması;
- torpaqlardan kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədlərinə istifadə edilməsi üçün nəzərdə tutulan müvafiq ekoloji və texniki tələblərə uyğun quraşdırılmış kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların altında olması.