Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir

© AP Photo / Turkish Military HO Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib
Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.
BAKI, 19 sentyabr - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbuletmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.
Xəbər lenti
0